Alimlərdən xərçəngin müalicəsi üçün yeni ÜSUL

361

Britaniyanın Nottingem, Çinin Ninbo universitetləri və Şansi Kənd Təsərrüfatı Universitetinin alimləri xərçəng xəstəliyi ilə mübarizə aparmağa kömək edən parazit aşkarlayıblar.

Modernaz xəbər verir ki, bununla bağlı tədqiqat “Journal for ImmunoTherapy Cancer” jurnalında dərc olunub.

Alimlər qeyd ediblər ki, “Toxoplasma gondii” paraziti orqanizmdə yaşayır və onun immun müdafiəsinə qarşı çıxmaq üçün çoxlu miqdarda zülal ifraz edə bilir.

Tədqiqatçılar siçanlar üzərində apardıqları təcrübədə bu parazitin çoxalma qabiliyyəti məhdud olan mutant ştammını yaradıblar. Bir iynənin köməyi ilə mütəxəssislər onu gəmiricilərin “soyuq” şişlərinə birbaşa yeridiblər. Qeyd edilir ki, bu cür yeni ştamlar iltihablanmır və immun reaksiyasına səbəb olmur.

Nəticədə şiş yerində iltihab başlayıb, immun nəzarət nöqtələrinin effektivliyi və heyvanların sağ qalması artıb. Eyni zamanda şişin böyüməsi ləngiyib.

Onkoloqlar ümid edirlər ki, yaxın gələcəkdə insanlar üçün şişlərin müalicəsinin sxemlərini hazırlamaq üsulu alınacaq. Yeni metod həmçinin uşaqlarda prostat vəzisinin və bir çox yeni şişlərin karsinomasını müalicə etməyə imkan verəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər