“American Journal of Respiratory and Critical Care Medicine” jurnalında alimlərin yeni tədqiqatının nəticələri dərc edilib.
“Ölkə.Az” xəbər verir ki, alimlərin fikrinə əsasən, od və kömür üzərində açıq şəkildə bişən qidalar pnevmaniya, astma və ağ ciyər xəstəlikləri riskini 40-60% artırır. Bu isə közdə açıq şəkildə bişən qidaları siqaret qədər təhlükəli edir.
Oksford universitetinin alimi Ka Xun Çan bəyan edib:
Bizim həmkarlar dəfələrlə bildiriblər ki, kömür və odun ağ ciyərin xroniki xəstəliklərinin inkişafına səbəb ola bilər. Alimlər ağ ciyərin fəaliyyətinin dəyişməyini nəzərdə tuturdular və xəstəliyin inkişafı və ölüm hallarını ehtimal etmirdilər. Biz isə bunu da yoxladıq və xəstəliklə sözügedən məsələnin əlaqəsini araşdırdıq”.
Ocaq tüstüsünün tərkibində kanserogen miqdarı, dəm qazı və insan həyatına mənfi təsir edən digər maddələr var. Hətta yanğınsöndürənlər qısa müddət alovla təmasda olanda da qanlarında kanserogenin miqdarı 2.5-5 dəfə artır. Bu isə xərçəngin inkişaf ehtimalını yüksəldir.
İnkişaf etmiş ölkələrin sakinləri kömür və ocaqla nadir hallarda, kabab və barbekyu zamanı qarşılaşırlar. Amma inkişaf etməkdə olan ölkələrdə vəziyyət başqadır. Çində və inkişaf etməkdə olan ölkələrdə yeməklərin hazırlanması və evlərin isidilməsi üçün 40% əhali kömür və odundan istifadə edir.
Çan və həmkarları Çində yaşı 30-79 arası dəyişən 277 min sakin üzərində təcrübə aparıblar. Onların yarısı müntəzəm və daimi olaraq qida bişirmək, evi isitmək və digər ehtiyacları üçün kömür və odundan istifadə ediblər. Onlardan heç biri siqaret aludəçisi olmayıb və ağ ciyər problemindən əziyyət çəkməyib.
10 il ərzində onlardan 20 min nəfəri xərçəng və ağ ciyər xəstəliklərindən vəfat edib, eyni diaqnozla xəstəxanaya düşüb. Bu isə alimlərə ocaq və kömür peçinin insan sağlamlığına təsirini qiymətləndirməyə imkan verib. Məlum olub ki, belə şərait çinlilərin sağlamlığına siqaret qədər ziyan vurub. Orta hesabla, bu insanların 54%-i ağ ciyər xəstəliklərindən dünyasını dəyişib.
Odun ağ ciyər xəstəlikləri riskini 37%, kömür isə 22% artırır.
Közdə bişən kabab vərəm, astma və digər xroniki ağ ciyər xəstəlikləri riskini 1.5-2 dəfə artırır.