“Ölkə.Az” xəbər verir ki, araşdırma nəticələrinə əsasən, lobya ürəyin fəaliyyətinə müsbət təsir göstərir və orqanizmi piylənmədən qoruyur.
Qeyd edilir ki, alimlər piylənmədən əziyyət çəkən siçanlar üzərində təcrübə aparıblar. Siçanların qidasına lobya əlavə edilib. Məlum olub ki, siçanların orqanizmində xolesterinin miqdarı azalıb, eyni zamanda çəkiləri də aşağı düşüb.
Alimlər bildirirlər ki, lobyanın tərkibində zülal və sellülozun miqdarı çoxdur. Bu səbəbdən bu qidanı gündəlik qəbul edən insanlar ürək-damar sistemi xəstəliklərindən, piylənmədən, diabet və insultdan qorunur.
Eyni zamanda məlum olub ki, paxla qəbul edənlərin toxuması gec parçalanır və ürəyin fəaliyyəti yaxşılaşır.