Alman ekoloqları Sumqayıtda seminar keçdilər

750

Dünən Sumqayıt şəhərində ekoloji tərbiyə məqsədilə “Torpaq və su modulu” adlı seminar keçirildi. Seminar Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən “Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” layihəsi çərçivəsində Alman Dili Mərkəzində baş tutdu. Sumqayıtın Almaniyadan partnyor şəhəri Lüdviqshafenin ekologiya idarəsinin ekspertlərinin iştirakı ilə keçirilən seminarda şəhərin orta ümumtəhsil məktəblərinin müəllim və şagirdləri üçün su və torpaqdan hazırlanmış yeni ekoloji sınaqların təqdimatı oldu. Qeyd edək ki, 30 ildən artıqdır qardaşlaşmış Sumqayıtla Almaniya Federativ Respublikasının Lüdviqshafen şəhərləri 2002-ci ildən etibarən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin “Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” layihəsində iştirak edirlər. Ötən müddətdə layihəyə əsasən, alman mütəxəssislərin iştirakı ilə Sumqayıtda müxtəlif tədbirlər həyata keçirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər