Almaniyanın Azərbaycandakı səfiri Sumqayıtda olub

824

Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman Sumqayıt şəhərində səfərdə olub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Zakir Fərəcov diplomata Sumqayıtın tarixi, sosial və iqtisadi inkişafı, sənaye potensialı, şəhərdə son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.

Şəhər rəhbəri qeyd edib ki, Sumqayıt şəhəri 1977-ci ildə Almaniyanın Lüdviqshafen şəhəri ilə qardaşlaşıb. Vurğulanıb ki, Almaniyanın Lüdviqshafen şəhəri ilə Sumqayıt şəhəri arasındakı əlaqələr iki xalq arasındakı münasibətlər üçün də möhkəm bünövrə təşkil edib. O da diqqətə çatdırılıb ki, Azərbaycanın Sumqayıt şəhəri ilə Almaniyanın Lüdviqshafen şəhərinin dostluq əlaqələrinin 45,tərəfdaşlıq münasibətlərinin isə 35 illiyi münasibətilə Lüdviqshafen şəhərində tədbirlər planı hazırlanıb. Yubiley tədbirləri Lüdviqshafenin “Şəhər günü” bayramı ərəfəsində keçirilib. Bununla Əlaqədar Sumqayıt şəhərindən nümayəndə heyəti Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib. Keçirilən tədbirdə Lüdviqshafen şəhərinin meri Yutta Ştaynruk qeyd edib ki, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun hər 2 şəhərin əlaqələrinin inkişafında müstəsna xidmətləri olub. Bunun üçün Zakir Fərəcov partnyorluq medalı olan qızıl medalla təltif olunub. Bu münasibət dost və qardaş şəhərlər arasında olan əlaqənin möhkəmliyi, davamlılığı və məhsuldarlığının bariz nümunəsidir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemanna 44 günlük vətən müharibəsi haqqında da məlumat verib. Bildirib ki, Azərbaycanın apardığı haqq savaşında Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız düşmən tapdağından azad olunub və artıq bu ərazilərdə quruculuq işlərinə başlanılıb. Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Sumqayıt şəhərinə səfərindən məmnunluğunu ifadə edib. Diplomat Azərbaycanın, eləcə də Sumqayıt şəhərinin sürətlə inkişaf etdiyini bildirib, gələcəkdə ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun hədiyyələri Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemanna, səfir Ralf Horlemannın hədiyyələri isə Zakir Fərəcova təqdim olunub. Görüşdən sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannla birgə Şəhərin 9-cu mikrorayonunun ərazisində yerləşən Lüdviqshafenparkında olublar. Zakir Fərəcov bildirib ki, bu istirahət məkanı Sumqayıt şəhəri ilə qardaşlaşmış Almaniyanın Lüdviqshafen şəhərinin şərəfinə salınıb. Bu park 1997-ci ildə Sumqayıt-Lüdviqshafen əlaqələrinin 20 illiyi münasibətilə salınıb.2017-ci ildə isə əlaqələrin 40 illiyi münasibətilə park əsaslı şəkildə təmir olunub. Qeyd olunub ki, ümumi ərazisi 2 hektar olan parkda sakinlərin istirahəti üçün geniş imkanlar yaradılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər