Almaniyanın Azərbaycandakı səfiri Sumqayıtda olub – FOTOLAR

1553

Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq və səfirliyin digər əməkdaşları Sumqayıt şəhərində səfərdə olub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Zakir Fərəcov diplomata Sumqayıtın tarixi, sosial və iqtisadi inkişafı, sənaye potensialı, şəhərdə son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.

Şəhər rəhbəri  qeyd edib ki, Sumqayıt şəhəri 1977-ci ildə Almaniyanın Lüdviqshafen şəhəri ilə qardaşlaşıb.  Vurğulanıb ki, Almaniyanın Lüdviqshafen şəhəri ilə Sumqayıt şəhəri arasındakı əlaqələr iki xalq arasındakı münasibətlər üçün də möhkəm bünövrə təşkil edib.

Səfir Volfqanq Maniq  Sumqayıt şəhərinə səfərindən məmnunluğunu ifadə edib.  Sumqayıt şəhərinə ilk dəfə 1994-cü ildə səfər etdiyini xatırladan diplomat bu illər ərzində Sumqayıt şəhərinin xeyli inkişaf etdiyini vurğulayıb.  Diplomat Azərbaycanın, eləcə də Sumqayıt şəhərinin sürətlə inkişaf etdiyini bildirib, gələcəkdə ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, Volfqanq Maniq 2019-cu ilin iyul ayından Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiridir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər