Almaniyanın CAC şirkətinin nümayəndə heyəti şəhərimizdə olub

672

Bu günlərdə Almaniyanın CAC şirkətinin nümayəndələri ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyində olmuşlar. Görüşdə Almaniyalı qonaqlara “Azərikimya” İB-nə daxil olan müəssisələrin gələcək inkişaf istiqamətlərini əks etdirən layihələr haqqında ətraflı məlumat verilmiş və bu layihələr ətrafında fikir mübadiləsi aparılmışdır. Dünyanın bir sıra ölkələrində neft-qaz, neft-kimya və qeyri-üzvi kimya sənayesi müəssisələrinin tikintisi ilə məşğul olan, bu sahədə irihəcmli layihələr həyata keçirən CAC şirkətinin nümayəndələri “Azərikimya” ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirmişlər. Görüşdə alman şirkətinin hələ keçmiş Sovetlər İttifaqının bir sıra şəhərlərində, o cümlədən Sumqayıt şəhərində Etilen-polietilen zavodunun “Polimir-120” istehsalatının layihəsini hazırlaması, onu avadanlıqlarla təchiz edərək, tikintisini həyata keçirməsi vurğulanmış, qurğunun rekonstruksiyası, istehsal gücünün artırılması, səmərəli iş rejiminin təmin edilməsi məsələləri müzakirə olunmuşdur. Bu məqsədlə ilkin mərhələdə “Azərikimya” İB və texnologiyanın müəllifi olan Sankt-Peterburqun Plastpolimer Institutu əməkdaşları tərəfindən birgə araşdırma, müayinə və texniki-təftiş işlərinin aparılması məqsədəuyğun hesab edilmişdir. Görüşdə «Azərikimya» İB rəhbərliyi CAC şirkəti ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulamışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər