Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov 65 yaşında vəfat edib.
Akademik M.Kərimov fevralın 9-da axşam saatlarında kəskin ürək tutması ilə xəstəxanaya çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan onu xüsusi təyyarə ilə Türkiyəyə aparıblar. Lakin M.Kərimov yolda ikən dünyasını dəyişib. Mərhumun cənazəsi Bakıya gətirilir, sabah dəfn olunacaq.
Allah rəhmət eləsin!
***
Qeyd edək ki, Mahmud Kərimov 18 oktyabr 1948-ci ildə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. Yarımkeçicilər və dielektriklər fizikası ixtisası (01.04.10) üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Molekulyar informasiya çeviriciləri fizikası sahəsində ilk dəfə olaraq yüksək molekulyar sistemlərdə güclü elektrik sahəsinin təsiri ilə baş verən elementar elektron və molekulyar proseslərtədqiq edilmiş və materialların xassələrinin elektrik sahəsi ilə idarə edilməsi, makromolekulların informasiya yaddaşı və çevrilməsi mexanizmləri aydınlaşdırılmışdır. Şüalanma və elektrik boşalma plazmasının təsirləri ilə oksid dielektriklərdə nöqtəvi deffektlərin yaranma mexanizmi və kinetikasını tədqiq etmiş, suyun radiasiya və plazma katalik parçalanması proseslərində şüalanma enerjisinin kimyəvi enerjiyə çevrilməsi, sudan hidrogenin alınması üçün səmərəli üsullar təklif etmişdir. M. Kərimovun son illirdə apardığı tədqiqatlar nəticəsində molekulyar yarımkeçiricilərdə paramaqnitizm ilə elektrik keçiriciliyinin qarşılıqlı əlaqəsi aşkar edilməsinə həsr olunmuş elektrik keçiriciliyində spin-maqnit effektləri, maqnitorezonans keçiriciliyində isə ifrat incə quruluş aşkar edilmişdir.