Amerikada güllələnən sumqayıtlı gəncin FOTOLARI

5946

ABŞ-ın Şimali Karolina ştatının Şərqi Şarlotta şəhərində fəaliyyət göstərən “Fixer Electronic Repair” mağazasının sahibi, azərbaycanlı iş adamı Elçin Xəlilov güllələnib.

Bu barədə Qubad İbadoğlu şəxsi feysbuk səhifəsində informasiya verib.

Məlumatda bildirilir ki, 29 yaşlı iş adamı iş yerində silahlı hücuma məruz qalıb. O, aldığı xəsarətlər nəticəsində xəstəxanada vəfat edib. Şahidlərin sözlərinə görə, onu güllələyən mağazadan oğurluq etmək istəyən şəxs olub. Hazırda axtarışlar davam etsə də cinayətkar hələ də tapılmayıb.

Həmçinin bildirilib ki, Elçin Xəlilov mobil telefonların təmiri və satışı ilə məşğul olub. O, bir neçə il öncə ABŞ-a köçüb. E.Xəlilov Sumqayıt şəhərində 3 saylı orta məktəbi bitirib, Memarlıq və İnşaat Universitetinin məzunu olub.

Amerika polisinin verdiyi məlumata görə, qanlı hadisə bazar ertəsi saat 10:00-10:30 arasında baş verib. Elçin Xəlilovu yaralı şəkildə yaxınlıqda fəaliyyət göstərən “Milton” gözəllik salonunun işçiləri yaralı halda tapıb. Cinayətkar qurbanına boynundan xəsarət yetirib.

Elçin Xəlilovun cənazəsinin Azərbaycana qaytarılacağı bildirilib.

Allah rəhmət etsin, əzizlərinə səbr versin.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər