Bir neçə gündür ölkədə davam edən anomal istilər insanların səhhətlərinə mənfi təsir göstərir. Belə kəskin isti havada həkimlər insanları diqqətli olmağa çağırırlar. Saat 11-dən 17-dək mümkün qədər açıq havaya çıxmamaq tövsiyə olunur.
Ölkə ərazisində bir neçə gündür hökm sürən anomal istilər insanlara ciddi çətinliklər yaradır. İnsanlar müxtəlif yollarla günəş şüalarından qorunmağa çalışırlar.
Həkim-terapevt Mətanət Cəfərova deyir ki, son bir neçə gündür havaların hədsiz isti keçməsi insanların orqanizminə ziyan vurur.Onun sözlərinə görə, çətin olsa da, anomal istilərdən qorunmağın yolları var.
Həkim deyir ki, istilər davam etdiyi müddətdə qida rasionuna da xüsusi fikir verilməlidir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Departamentdən verilən məlumata görə, ölkə ərazisinda müşahidə olunan anomal isti hava şəraiti iyulun 4-dəkdavam edəcək.