ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin çəkdiyi “Xoca” filminin plagiat olduğunu iddia edən video materiallara ANS Şirkətlər Qrupunun ictimai əlaqələr üzrə baş müşaviri Mayis Məmmədov Publika.Az vasitəsi ilə kəskin cavab verib.
“Mən inanmazdım ki, Rauf Arifoğlu bu cür vasitələrə əl ata bilər. Mən indiyəcən onu jurnalist kimi tanıyırdım, amma indi deyirəm ki, sən demə, Rauf Arifoğlu heç jurnalist də deyilmiş. Belə boş-boş işlərlə məşğul olandan sonra mən onu heç jurnalist də saymıram. Əgər o, belə bir film çəksəydi, mən gedib onu öpüb təbrik edərdim. Deyərdim sağ ol ki, belə bir film çəkmisən. Amma o neylədi?”/publika.az/