“Antiteli olanlar peyvəndlənənlərlə eyni kateqoriyada sayıla bilər”

422

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində koronavirusa yoluxub sağalanlara da COVID-19 pasportunun veriləcəyi açıqlanıb. 

“Qafqazinfo” xəbər verir ki, iyul ayının 1-dən etibarən tətbiq olunan pasport iki sertifikatdan – peyvənd olunan şəxslərə verilən peyvəndlənmə və xəstələnib sağalmış insanlara tətbiq olunan immunitet sertifikatından ibarətdir.

Amma məlumdur ki, ölkədə virusa yoluxub sağalanların sayı rəsmi rəqəmlərlə eyni deyil. Belə ki, virusa yoluxan, lakin analiz vermədən ev şəraitində müalicə alıb sağalan şəxslər var. Hətta onlardan bəziləri qanda antitelin miqdarı ilə bağlı analiz verərək sənəd əldə ediblər.

Bu şəxslərə hər hansı güzəşt oluna bilərmi? Sözügedən vətəndaşlara COVID-19 pasportu veriləcəkmi? 

Bu suallarla bağlı Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış cərrah Rəşad Mahmudovla əlaqə saxladıq. O, saytımıza bildirdi ki, qandakı COVID anticismi müsbət olan hər bir şəxs tibbi cəhətdən peyvəndlənmiş şəxslərlə eyni kateqoriyada sayıla bilər:

“COVID-19-a yoluxduğunu bilmədən, aparılan analizlərin nəticəsində təsadüfən koronavirusa yoluxduğu bilinən, eləcə də, əvvəl  yoluxub analiz vermədən evdə müalicə alan insanlara gələcəkdə COVID pasportu ilə bağlı hər hansı güzəştin tətbiqi məsələsinə  tibbi cəhətdən belə cavab verə bilərəm ki, aparılan qan analizlərində COVID-19 immunoqlobulin G, yəni, anticismləri müsbət olan şəxslər peyvənd olunmuş və eləcə də, yoluxduğu təsdiqlənən insanlarla eyni kateqoriyada qəbul oluna bilərlər”.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı hələ ki, aidiyyati qurumlar tərəfindən rəsmi qərar açıqlanmayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər