“AQS Dental Center”in paradontologiya şöbəsinin müdiri həkim-stomotoloq Şəkər Nüsrətova ilə söhbətimizdə çox maraqlı məlumatlar əldə etdik. O bildirdi ki, bəziləri dişlərin gigiyenası dedikdə gündə bir dəfə dişləri fırçalamağın kifayət olacağını düşünür. Amma əslində bu düzgün deyil.
Düzgün qulluq hər qida qəbulundan sonra dişlərin təmizlənməsidir:
1. səhər yeməyindən sonra fırçalamaq,
2. günorta nahardan sonra ağız yaxalamaq,
3. axşam yatmazdan əvvəl dişləri fırçalamaq, diş aralarını diş sapı ilə təmizləmək və ağız yaxalayıcı məhlullarla ağızı yaxalamaq lazımdır. Ön dişləri yuxarıdan aşağıya hərəkət etdirərək, yan və arxa dişlərdə isə dairəvi hərəkət etdirməklə dişlər təmizlənməlidir.
Bunlar olunmadıqda bütün gecə boyu çirkli dişlərdə olan mikroblar ağız boşluğuna infeksiya yayır və dişlər vaxtından öncə çürüyür.
Bundan əlavə qida rasionunada fikir vermək verilməlidir. Yəni, sərt qidalar daha sıx istifadə edilməli, meyvələrin qabıqları soyulmadan dişlənib yeyilməlidir. Kök, alma, armud, heyva, xiyar və digər meyvə-tərəvəzləri dişləyərkən həm dişin üzəri təbii yolla təmizlənir, həm də diş əti masaj olunaraq, qan dövranını yaxşılaşdırır. Bu cür qulluq zamanı dişlər və diş əti qanla yaxşı təchiz olunduğundan dişlər sağlam və uzunömürlü olur.
Diş əti xəstəlikləri və problemləriniz varsa, “AQS Dental Center”ə müraciət edərək ətraflı məlumat və müalicə ala bilərsiniz.
“AQS Dental Center” tövsiyə edir: Ağız boşluğuna düzgün gigiyenik qulluq
•
1218
Müzakirə qapadılmışdır.