“AQS dental center” tövsiyə edir: Diş əyriliklərini necə düzəltmək olar

2229

İllər ərzində “AQS-medical center”-də aparılan müşahidələr nəticəsində bəlli olunmuşdur ki, uşaqlarda daha çox problemlər yeni doğulduqdan sonra, hələ dişlər ağız boşluğuna çıxana qədər də yarana bilir. Bu da özünü gələcəkdə uşaqların diş sırasında əyriliklərlə göstərir. Eyni zamanda süd dişlərinə vaxtlı və düzgün qulluq olunmursa, erkən – yəni daimi dişlər gəlməmiş çəkilirsə irəlidə  mütləq diş sırasında əyriliklər, çənədə darlıq və yaxud da qeyri simmetriya müşahidə oluna bilər. Belə hallara təcrübəmizdə çox rastlaşmışıq. Bəziləri ilə sizləri tanış etmək istərdik:
Haşiyə: Ortodontiya – diş sırasının anomaliyaların müalicəsi ilə məşğul olan sahədir. Ortodontiya diş əyriliklərini düzəldir, çənə sümüklərinin düzgün inkişafını təmin edir və üzün estetik əyriliklərini aradan qaldırır. Ortodontik müalicədə yaş hüdudu olmur. Stomotologiyanın bu sahəsində heç bir məhdudiyyət yoxdur. Estetik qüsurlardan başqa düzgün yerləşməyən dişlər ortodontiya vasitəsi ilə aradan qaldırıla bilər.

–  Üst çənənin sıxlığı nəticəsində 12 və 13-cü dişləri yerləşdirmək üçün xəstədə əvvəl sürətli genişləndirmə məqsədi ilə RPA aparatı və breketlərlə 12 yaşından ortodontik müalicə başlanmış və 14 yaşında bitirilmişdir.
“AQS dental center”in uşaq şöbəsinin müdiri, Baş ortodontu Dr.Sədaqət Tağıyeva bu barədə dedi ki, ortodontiya diş-çənə anomaliyalarını və dişləm patologiyalarının yaranma və inkişaf qanunauyğunluqlarını öyrənir eləcə də onların profilaktikası, diaqnostikası və müalicə-bərpa tədbirlərinin təkmilləşdirilməsi ilə məşğul olur. Son illər diş-çənə anomaliyalarının yayılmasının genişlənməsi müşahidə olunur və bunun nəticəsi olaraq onların korreksiyasına  əhalinin ehtiyacı artır. Diş-çənə sistemindəki onomaliyalar yəni patoloji dişləm çeynəmə zamanı dişlərin artıq təzyiqə məruz qalmasına onların laxlamasına, dişlərin boynun açılmasına nəticədə paradon tozun ilk əlamətinin meydana gəlməsinə gətirir. Patoloji dişləm sifətin profil görkəminin pisləşməsini, gözəl görünməyən gülüşü, çəp dişlər yaradır ki, buda əhalinin həkim-ortodont müraciətinə səbəb olur.
Bütün dünyada olduğu kimi Azərbaycanda  da orotodontiya inkişaf edir. Bu inkişaf texnikanın son naliyyətlərindən bəhrələnən stomotoloji avadanlıqlarla təchiz klinikamıza da aiddir. Klinikaya müraciət edən xəstələr ilk olaraq oral müayinədən keçirilir. Burada onların ağız boşluğunda olan problemlər qeyd olunur. Ortodontik problemi olan xəstələrdə uğurlu nəticə əldə etmək üçün xəstələrdə aparılan ortodontik müayinələr dəqiq analiz olunmalı və müalicə planı seçilməlidir. Ortodontik müayinəyə ilk olaraq rentgen müayinəsi aiddir. Rentgen müayinəsi zamanı diş-çənə sisteminin vəziyyəti və inkişafı barədə məlumatı əldə etmək üçün klinikamız da normal rentgen ilə çəkilişdən  fərqli olaraq şüalanma dozası 2-3 dəfə aşağı olan rəqəmli panoram və sefolometrik rentgen cihazı qurulmuşdur. Müayinənin nəticəsi birbaşa kompyuterin monitoruna çıxır və ortodontiyaya lazım olan parometlər kompyuterin xüsusi proqramı vaisitəsilə dəqiq hesablanır. Eləcə də digər müayinələr olan model və foto analizlər də klinikada aparılır. Bütün bunlar xəstələrin rahatlığı üçün klinikamizda təşkil olunmuşdur. Potologiyanın ağırlıq dərəcəsindən asılı olaraq müalicə mexaniki və funksional təsir göstərən aparatların və breketlerin vaistəsi ilə aparılır. Aparatlar breketlə müalicəyə hazırlıq mərhələsi hesab olunur. Yüngül potologiyalar da müalicə aparatların köməyi ilə bitmiş hesab olunur. Dişlərin orta-ağır patologiyalarında müalicə breketlə aparılır. Orta hesabla breketlə müalicə müddəti 1,5-2 ilə qədər davam edir. Lakin qeyd etmek lazımdır ki, müalicənin müddəti xəstənin yaşından, orqanizmin fərdi inkişaf  xüsusiyyətlərindən , eləcə də diş-çənə sistemində olan anomaliyaların ağırlıq dərəcəsindən asılıdır. Nəzərə alsaq ki, ortodontik problemlə müraciət edən xəstələr əksərən uşaqlar olur klinikamızda uşaqlar üçün daha fərqli şərait yaradılmışdır. Belə ki, müayinə olunan uşaqlar həkimin qəbuluna birbaşa daxil olmurlar. Onlar əvvəlcə uşaqlar üçün xüsusi zövqlə hazırlanmış uşaq otağına gətirilir. Burada onları pisixi hazırlamaq məqsədi ilə müxtəlif oyuncaqlar və əyləncəli oyunlar gözləyir. Uşaqlar sakit vəziyyətdə burada həkimin qəbuluna daxil olurlar. Həkim uşaqla işləyən zaman işə otaqda olan LCD ekranında canlandırılan cizgi filmi uşağın fikrini tam yayındırır. Buda uşaqların heç bir qorxu keçirmədən müalicə olunmasına xidmət edir. Klinikamızda ortodontiya istifadə olunan bütün materiallar və alətlər yüksək keyfiyyətə malikdir. İstifadə olunan alətlər müasir standartlara uyğun şəkildə sterilləşdirilir və paketlənir bu isə hepatit, spid kimi ağır xəstəliklərin yayıldığı bir dövrdə əhalinin sağlamlığı üçün əvəzolunmazdır. Göründüyü kimi AQS dental kilinikası əhalinin etibarlı sağlamlığının keşiyində durur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər