“AQS dental center” tövsiyə edir: Diş restavrasiyalarında fərqli üsul

3166

Uşaqlarda hər yaş dövründə dişlərin qırılmasına səbəb olan travmalara rast gəlirik. Ən çox valideyni təşvişə salan ön qrup daimi dişlərin tacının qırılmasıdır. Bəzən sinir səviyyəsində olmaqla diş tacının yarısı, bəzən isə sadəcə kəsici kənar qırılır. Nəzərə alsaq ki, uşaq yaşlarda ortopedik müdaxilə hələki arzu olunan deyil və silikon açarla tacın restavrasiyası daha geniş istifadə olunur. Bu cür restavrasiya həm estetik cəhətdən, həm də adi üsulla restavrasiyadan çox fərqlənir. “AQS dental center”də bu cür restavrasiya işləri geniş tətbiq olunur. Məsələn, gördüyümüz bu pasient – 8 yaşında  məktəbdə qaçarkən yıxılıb ve 21-ci dişdə (yuxarı sol mərkəzı diş) demək olar ki, tacın yarısı qırılıb. Bir neçə günlük nəzarətdən sonra diş silikon açar vasitəsilə tam bərpa olundu. Müraciət edən şəxs və valideyn nəticədən çox razı qaldı.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər