AQSİA “Türk Dünyası” stendi ilə 17-ci Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirak edir

483

15-17 may 2024-cü il tarixlərində keçirilən sərgidə Azərbaycanda Qadın Sahinkarlığının İnkişafı Assosiasiyası təşkilatçılığı və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə türkdilli ölkələrin kənd təsərrüfatı sahəsində çalışan sahibkar qadınlara məxsus stend nümayiş etdirilir.

“İki sahil” xəbər verir ki, stenddə nümayiş olunan məhsullar Türkiyə, Şimali Kipr Türk Respublikası, Özbəkistan, Qazaxıstan, Qırğızıstan eləcə də yerli qida və kənd təsərrüfatı məhsullarıdır.

“Türk Dünyası” dünyası stendini Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Özbəkistanın Azərbaycandaki səfiri səfiri Bahrom Aşrafxanov və Macarıstan səfirliyinin İqtisadi əlaqələr üzrə nümayəndəsi ziyarət edərək sahibkarların məhsulları ilə tanış olublar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər