ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin 2 illiyi ilə bağlı mətbuat nümayəndələri ilə görüş keçirilmişdir

903

3  aprel 2012-ci il tarixdə Azərbaycan Dövlət Neft Şirkətinin struk­tur tər­kibində “Azərikimya” İB-nin yaradılmasının 2 illiyi ilə bağlı Birliyin baş ofisində respublikanın mətbuat nümayəndələri ilə görüş keçirilmişdir. 

Görüş zamanı jurnalistlərə Azərbaycan Prezidenti İlham Əliyevin 2 aprel 2010-cu il tarixli sərəncamına uyğun olaraq “Azəri­kim­ya”nın Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyinə veril­məsindən ötən dövr ərzində Birliyin müəssisə və idarələrində aparılmış yenidənqurma işlərin­dən, istehsalata mütərəqqi  texnologiyaların tətbiqindən, xarici iqtisadi və inteqrasiya əlaqələ­rin­dən, kimyaçılara göstərilən sosial qayğı və s  barədə geniş məlumat verilmişdir.

Qeyd olunmuşdur ki, ötən dövr ərzində Birlik müəssisələrinin istehsalat fəaliyyəti gücləndirilmiş, görülən tədbirlər nəticəsində 2010-cu il uğurla başa vurulmuş, 2011-ci ildə daha yüksək istehsalat nailiyyətləri qazanılmışdır.  Ötən ilin əmtəəlik məhsul istehsalını proqnoz üzrə 117 faiz yerinə yetirmiş kimyaçılar bütövlükdə əvvəlki ilə nisbətən bu göstəricinin 30 faizə qədər artı­mına nail olmuşlar. Əsas məhsullar olan etilen, polietilen və texniki diizopropil istehsalına artıqlaması ilə əməl edilmiş, onla­rın illik istehsal həcmi əvvəlki, hətta 2010-cu illə müqayisədə orta hesabla 40 faizdən də çox olmuşdur. İstehsalatın müxtəlif xammalla təchiz olunması həll olunmuşdur.

ARDNŞ rəhbərliyinin təşəbbüsü ilə Birliyin yeni yaradılmış  Nəqliyyat və xüsusi texnika İdarə üçün 70-ə qədər yeni maşın və texnika, agır ton­naj­lı yük maşınları, ekskavatorlar, traylerlər və özüboşaldan ma­şın­lar və s. alınmışdır.

Müəssisələrdə çalışan əməkçilərin nəqliyyat sarıdan rahatlığını, səhər və axşam növbələrində işə vax­tın­da, problemsiz gediş-gəlişini təmin etmək məqsədi ilə çoxyerli, komfor­tabelli yeni avtobuslar da alınmış və kimyaçıların istifadəsinə verilmişdir.

Sabahın neft-kimya istehsalatını müasir tələblər və standartlar səviyyəsində qurmaq,  perspektiv layihələr üzərində birgə işlərin aparılması məqsədilə Yaponi­ya, Almaniya, Rusiya, İngiltərə, Fransa və digər ölkələrin şirkət rəhbərləri ilə işgüzar əlaqələr və iş birliyi qurulmuşdur.

Birliyin müəs­­si­sələrində genişmiqyaslı yeniləşmə və rekonstruksiya işlərinin davamı ola­raq istehsalatın müxtəlif sahələrində müasir standartlara uyğun olan, avtomatlaşdırma-kompüter sistemi üzrə idarə edilən xarici qurğu və avadanlıqların tətbiqi geniş yer almaqdadır.  Ötən ilin sonlarında və bu ilin yanvarında  Etilen-polietilen zavodunun izo­propil istehsalatında Almaniyanın «Lurge» firma­sının istehsalı olan yeni qızdırıcı qurğunun, «Polimir-120» kompleksində Türkiyə və Al­maniya mütəxəssislərinin iştirakı ilə müasir tipli, kompüter sistemi üzrə idarə olunan yüksək məhsuldarlıqlı qablaşdırma maşı­nının və paletləmə kompleksi və digərləri quraşdırılmışdır.

Moskvanın VNİİOS İnstitutunun xətti ilə EP-300 istehsalatının və Sankt-Peterburqun “Plastpolimer” İnstitutu əməkdaşları ilə birgə “Polimir-120”qurğusunun yenidən qurulması üçün analiz-təhqiqat işlərinin aparılması davam etdirilir.

2010-cu ildən baş­layaraq Türkiyənin “Petkim Petrokimya Holding” şirkəti ilə də səmərəli əmək­daşlıq və inteqrasiya əlaqələri qu­rul­muşdur. Bunun real nəticəsi olaraq Birliyin istehsal etdiyi kim­yəvi məhsulların xarici ba­zar­larda, xüsusilə də Avropa ölkə­lərində satış şəbəkəsi və alıcı dairəsi getdikcə genişlən­mək­dədir. Ötən il bizim məhsulların alıcıları sırasında MDB ölkələri olan Rusiya, Ukray­na, Gür­cüstan, Qa­zaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstanla yanaşı ABŞ, İtaliya, Rumıniya, Bol­qarıstan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İraq, Çin, İsveç, Mərakeş və digər ölkələr də olmuşdur.

Birliyin müəssisələrində kadr hazırlığına da xüsusi diqqət yetirilir.  İstehsalatda çalışan və işə yeni qəbul olunan gənc mütəxəssislərin daha geniş təcrübə əldə etməsi, mütərəqqi texnologiyaların tətbiq olunduğu modern qurğu və avadanlıqların iş prinsipinə dərindən yiyələnmələri məqsədilə artıq onların böyük bir hissəsi ayrı-ayrı qruplar halında Türkiyənin ən müasir neft-kimya şirkəti olan «Petkim»də təcrübədə ol­muşlar.

Yüksək izxtisaslı kadr hazırlığnın mühüm bir istiqaməti olaraq  ölkəmizin neft-kimya sənayesi üçün mühəndis və iqtisadçı kadr­lar hazırlayan Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və “Qafqaz” Universiteti və  Moskva Dövlət Universitetinin Bakı filialı ilə qarşılıqlı faydalı əməkdaşlığa başlanılmışdır.

ARDNŞ rəhbərliyi neft-kimya sənayesi üçün yüksək ixtisaslı mühəndis-texniki kadr­ların hazırlanması ilə yanaşı peşəkar fəhlə kadrların hazırlanmasını da bugünün vacib, aktual bir məsələsi kimi diqqət mərkəzində saxlayır. Neft Şirkəti rəhbərliyinin tapşırığı ilə  gənc fəhlə kadrların hazırlanması və peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə Sumqa­yıt­da ilk dəfə olaraq müasir tipli Təlim-Tədris Mərkəzinin (TTM) yaradılmasına başlanıl­mış­dır. Onun yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Kimyaçıların əməyinin mühafizəsi, onlar üçün normal və sağlam iş şəraitinin yaradılması, əmək və sosial şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması ilə bağlı da bir-çox tədbirlər həyata keçirilmişdir.  Ötən iki il ərzində kimyaçılarıın əmək haqq­ları artırılmış, maddi vəziyyətləri yaxşılaşmışdır. Bütün Birlik işçiləri qoruyucu də­bil­qələr, xüsusi dizayna ma­lik qış və yay üçün rahat və münasib fərdi iş geyimləri, ayaqqabılarla təmin edilmişlər.

ARDNŞ tərəfindən ötən ilin ortalarında müasir tibbi-səhiyyə avadanlıqları ilə təmin edilmiş, bütün tibb kabinələri mövcud standartlar səviyyəsində qurulmuş «Kimyaçı» poliklinikasının, həmçinin əməkçilərə operativ və yüksək səviyyədə tibbi xidmət göstər­mək imkanına malik, unikal avadanlıqlarla təchiz edilmiş təcili tibbi yardım maşını və di­gər vasitələrlə gecə-gündüz kimyaçıların sağlamlığı keşiyində dayanan Təcili tibbi yar­dım Mərkəzinin istifadəyə verilməsi «Azərikimya» kollektivinə göstərilən diqqət və qayğının danılmaz, əyani nümunəsidir.

Yeri gəlmişkən onu da qeyd etmək istərdim ki, poliklinikanın Avropa standartlarına uyğun olaraq tibbi avadanlıqlarla təmin edilməsi burada artıq 15-ə yaxın göz və burun-boğaz cərrahiyyəsi üzrə mürəkkəb, lakin uğurlu əməliyyatın yerinə yetirilməsinə imkan yaratmışdır.

Son iki il ərzində şəhərin sənaye zonasının yaşıllaşdırılması ilə də bağlı xeyli iş görül­müş, 35 hektara yaxın sahəsində 80 minə yaxın ağac əkilmişdir. Yaşıllıq sahələrini daha da genişlən­dirmək və bu işi müntəzəm olaraq davam etdirmək üçün keçən ildən eti­ba­rən Etilen-poli­etilen zavodu və ya­şıllıq zonası ərazisində minlərlə ağac pöhrəsinin yetiş­dirildiyi geniş tinglik sahələri yaradılmışdır ki, bununla da keçirilən iməciliklər zamanı yeni yaşıllıq sahələrinin salınması daxili imkanlar hesabına təmin edilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Kamil Zeynalov
    Aprel 3, 2012 - 22:14

    Təşəkkürlər məlumat üçün. Sumqayıtxeber olaraq şəhərimizdə baş verən hadisələri işıqlandırırsınız…Şəhərdə gedən dəyişiklikləri izləyirik. Elə AzəriKİMYA haqqında da ən çox məlumat gedən sayt sizin saytınızdır. Təbrik edirik biz də AzəriKimya kollektivini

  • Vefa
    Aprel 3, 2012 - 22:16

    Ümidlə yaşayırıq…İNşallah bizə də bir iş tapılar..Azərkimyada

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər