Argentinada 30 min insanın taleyi müəyyən olunub

1001

Argentinanın Santa Fe əyalətində ölkənin 1976-1983-cü illər arasındakı diktatorluğu dövründə qeyb olanlarla bağlı yüzlərcə polis sənədləri aşkar olunub. SİA-nın məlumatına görə, bu barədə Argentinanın Baş hakimi Esteban Righi məlumat verib.
Baş hakim deyib ki, həmin dövrdə Argentinada diktatorluq rejimi baş alıb gedirmiş və polislərin əməlləri hökumət tərəfindən gizlədilib. Onun sözlərinə görə, bütün bu kimi faktların 1975-ci ildə törədildiyi məlum olub.
E.Righi qeyd edib ki, Argentinada diktatorluq dövründə təxminən 30 min insan yoxa çıxıb və ya öldürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər