İngiltərənin “Arsenal” klubunun qapıçsı Bernd Leno Avropa Liqasının qrup mərhələsinin püşkünə münasibət bildirib.
“Report” klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı alman qolkiper 2018-ci il dünya çempionatının seçmə mərhələsində səfərdə Azərbaycanla oyunu xatırlayıb: “Meydan yaxşı vəziyyətdə, azarkeşlər də çılğın idi. Oyunçuların çoxunu tanımırdım, ancaq uzun və maraqlı səfər oldu. Portuqaliyanın “Sportinq” klubu yaxşı bir stadiona malikdir. Amma digər komandaların oyunçularının çoxunu tanımıram. Ancaq maraqlı oyunlar olacaq”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klublarıyla mübarizə aparacaq.