Məşhur aktyor Fərda Xudaverdiyev boşanıb.
xəbərçi.az xəbər verir ki, aktyorun ailəsinin dağılmasına səbəb onun həyat yoldaşı Günel xanıma xəyanət etməsi olub.
Xəyanətə dəfələrlə göz yuman xanımı sonda bezərək uşaqlarını da götürərək evi tərk edib. Daha sonra aktyorun həyat yoldaşı məhkəməyə müraciət edib.
Məsələni dəqiqləşdirmək üçün Fərda Xudaverdiyevlə əlaqə saxlanılıb. Çəkilişdə olduğunu bildirən məşhur cavabını mesajla yollayıb. Jurnalistlərdən incikliyini belə büruzə verən aktyor məsələ barədə nə “hə”, nə də ki, “yox” deyib:
Azərbaycanımızı yüksək səviyyədə təmsil etməkdən qürur duyduğum kimi, eyni duyğularla mənə qoşulan hər bir vətəndaşım mənim baş tacımdı. Hər zaman bax belə əl-ələ, qəlb-qəlbə …”.
Qeyd edək ki, Fərda Xudaverdiyev 2010-cu ildə Günel xanımla ailə həyatı qurmuşdu. Onların bu evlilikdən Mətin və Amin adlı iki oğulları var.