“Arvadımın oturub-durduğu adamlar məni öldürmək istəyir” – Anardan şok açıqlama

1221

“O məni ömrümboyu şərləyib, bu gün də şərləməkdə davam edir. Küçələrə düşmüşəm, həyatım təhlükədədir”

Bu sözləri Yenicag.az-a açıqlama verən Anar Nağılbaz deyib.

Repçi açıqlamasında keçmiş xanımının onu şərlədiyini deyib:

“O məni ömrümboyu şərləyib, bu gün də şərləməkdə davam edir. Küçələrə düşmüşəm, həyatım təhlükədədir. Onun oturub-durduğu adamlar məni hədələyir. Başıma bir iş gəlsə, bilin ki, məni onlar öldürüb. Nə vaxtsa o adamların adlarını açıqlayacam. Həyatda olmasam da, o adamların kimliyi bilinəcək. Çox qorxuram. Öz canıma görə də deyil, balalarıma görə. Onları atasız qoymaq istəmirəm”.

Qeyd edək ki, Anarın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva mətbuata açıqlamasında “Anar 10 nəfər “vorzakon” toplayıb. Mənim şəkillərimi və mobil nömrəmi onlara göstərib. Sonra onlara göstəriş verib ki, məni zorlasınlar, video, foto çəkilsin, ona təqdim olunsun” deyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər