Xəbər verdiyimiz kimi, bu gün Milli Məclis tərəfindən Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqlənib. Yeni tərkibdə üç yeni şəxs təmsil olunacaq. Onlardan ikisi Yeni Azərbaycan Partiyasını, biri isə bitərəf deputatları təmsil edir.
Elmar Məmmədov

Elmar Məmmədov Sumqayıt şəhərində anadan olub. Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsində baş məsləhətçi vəzifəsində çalışır. O, daha əvvəl YAP-ın Gənclərlə iş şöbəsində baş məsləhətçi vəzifəsini tutub.


Müzakirə qapadılmışdır.