Arvadını döyüb balkondan atdı, sonra da yatdı… – Bakıda DƏHŞƏT

1142

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sumqayitxeber.com-un Trend-ə istinadən məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə sənədlər araşdırılıb.

Elan olunan ekspertiza rəyinə görə, Ramiz Taxveli hadisəni törədən zaman anlaqlı olub. Cinayət işi materiallarında olan videogörüntülər izlənilib.

Videogörüntüdən məlum olub ki, Ramiz Taxveli arvadını balkondan atdıqdan sonra uşaqları ilə çarpayıda yatıb, polis evə gələndə o, yuxulu vəziyyətdə olub.

Daha sonra məhkəmə istintaqı başa çatıb və çıxış üçün prokurora söz verilib.

Dövlət ittihamçısı çıxışa hazır olmadığı üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses sentyabrın 27-də davam edəcək.

İttihama görə, ötən il dekabrın 9-da Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də yaşayan Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin balkonundan atıb.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı kişinin cinayəti narkotik qəbulu nəticəsində psixi pozğunluq halında törətdiyi müəyyən olunub. Ramiz Taxveliyə məxsus avtomaşına baxış keçirilərkən kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib.

İstintaq sənədlərinə görə, Ramiz Taxveli ilk qızı Aliyanın epilepsiya xəstəsi olaraq doğulmasında arvadı Adelyanı daim günahkar bilib və buna görə mütəmadi olaraq mübahisə edib.

Ramiz Taxvelinin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər