Arvadını zorladı, aldadaraq otağa saldı, sonra başqa kişilərlə… – Sumqayıtda iyrənc olay

2395

Sumqayıt şəhərində arvadına təcavüz etməkdə, girov götürmə və bədənə xəsarət yetirməkdə ittiham olunan Səlim Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
sumqayitxeber.com publika.az-a istinadən xəbər verir ki, Səlim Məmmədov yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsindəki evində arvadı Səlimə Məmmədovaya təcavüz edib.
Gecə yarısı arvadına təcavüz etdi
Belə ki, o, arvadı ilə ehtirasını pozğun formada təmin etmək məqsədi ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq qərarına gəlib.
Səlim Məmmədov niyyətini həyata keçirmək üçün onun təklifini rədd edən arvadının sağ və sol baldır nahiyyələrindən tutub, ona bədən xəsarəti yetirib.
Səlim zorakılıq əməllərini davam etdirərək qeyri-təbii cinsi ehtirasını pozğun formada təmin etməklə arvadına qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədib.
Arvadından şübhələndi, ona xəsarət yetirdi
Səlim Məmmədov bu hadisədən bir neçə gün sonra arvadının başqa kişilərlə telefonla danışmasından şübhələnib. O, qısqanclıq zəminində yaşadığı evin ikinci mərtəbəsindəki yataq otağında arvadını döyüb, ona bədən xəsarəti yetirib.
İstintaq sənədlərinə görə, Səlim Məmmədov tanışı Samirə Səlimovanın işlədiyi Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən “Dostlar” çay evinə gəlib.
Tanışını girov saxladı
Həmin vaxt orada Samirənin onun Vüqar adlı tanışına olan pul borcunu həll etmək üçün İnşaatçilar qəsəbəsində yerləşən evinə getməyi təklif edib. Samirə onun istəyi ilə razılaşıb və birlikdə həmin ünvana gediblər.
Bu zaman Səlim Məmmədov Samirəni aldadaraq mənzilə salıb və qapını bağlayıb. Səlim həmin evdə Samirənin sərbəst hərəkət etməsinə imkan verməyib, əl-qolunu bağlayaraq onu qanunsuz olaraq bie gün girov saxlayıb.
3 maddə ilə cinayət işi
İstintaq orqanı tərəfindən Səlim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə ittiham elan edilib.
Cəza
Cinayət işi üzrə məhkəmə araşdırması Sumqayıt Şəhər Məhkəməsində aparılıb. Məhkəmənin hökmü ilə Səlim Məmmədov 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Səlim Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyib.
Həmçinin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Səlim Məmmədovun da arvadı apelyasiya şikayəti verib. O, ərinin peşman olmadığını əsas gətirib, onun cəzasının ağırlaşdırılmasını tələb edib.
Cəza artırıldı
Tərəflərin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, zərərçəkmiş şəxsin apelyasiya şikayəti və prokurorluğun protesti təmin olunub. Səlim Məmmədovun cəzası ağırlaşdırılıb. Onun barəsində olan cəza artırılaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Bundan başqa, Səlim Məmmədovun bəraət istəməsi barədə verdiyi apelyasiya şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Səlim Məmmədov kasasiya şikayəti verib.
Səlim Məmmədovun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Kasasiya şikayətini araşdıran hakimlər sonda qərar açıqlayıb. Qərara görə, Səlim Məmmədovun kasasiya şikayəti təmin olunmayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər