Bakı-Quba yolunda yük maşını piyadanı vurub.
sumqayitxeber.com xəbər verir ki, hadisə Bakı-Quba yolunun 50-ci kiliometrliyində, Sumqayıt şəhəri ərazisindən keçən hissəsində baş verib.
Yolun təmir hissəsində təmir işləri apararkən 1979-cu il təvəllüdlü Kəlbəcər rayonu Otaxlı kənd sakini Xanlarov Etibar Kamran oğlu idarə etdiyi “Shacman” markalı yük maşını ilə arxaya doğru hərəkət edərkən piyada 1974-cü il təvəllüdlü Laçın rayon sakini Mustafayev Məzahir Azoy oğlunu vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.