6 dekabr 2022-ci il tarixində Sumqayıt Muğam Mərkəzində “Vətən yaxşıdır” konsert proqramı təşkil olunub.
“Şuşa ili”nə həsr olunmuş proqram Sumqayıt ASAN könüllülərinin və Sumqayıt Musiqi kollecinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak ediblər. Çıxışlarda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən şanlı Qələbə əldə olunduğu, hər bir azərbaycanlının Ordumuzla qürur duyduğu vurğulanıb.
Konsert proqramında Sumqayıt ASAN könüllüləri və Sumqayıt Musiqi kollecinin tələbələri vətənpərvərlik ruhunda ifalar səsləndiriblər.
ASAN könüllüləri tərəfindən hərbi vətənpərvərlik və mədəniyyət tədbirləri mütəmadi reallaşdırılır.
Müzakirə qapadılmışdır.