ASB Bank Sumqayit filialı Yanvar ayından etibarən həftə içi 9:00-dan 17:45-ə və şənbə günləri 10:00-dan 15:45-ə kimi hər növ bank xidmətlərini fasiləsiz olaraq təqdim etdəcəkdir.
Sumqayıt filialından aşağıdakı bank xidmətlərindən istifadə edə bilərsiniz.
- Bütün növ valyuta əməliyyatlarının həyata keçirilməsi – Konvertasiya
- Western Union – Sürətli pul köçürmə sistemi
- Rabitə və Kommunal ödənişləri
- Plastik Kartlarla əməliyyatlar
- 7/24 ATM xidmətləri
- Fərdi kreditlər
- Biznes-kreditlər
- POS Terminal xidmətləri
Qeyd edək ki, “Azərbaycan Sənaye Bankı” 1996-cı ildə “CI Bank” kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. 2011-ci ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 129.950 mln. manat, depozit portfeli 79.110 mln. manat, kredit portfeli 74.439 mln. manat, nizamnamə kapitalı 22.114 mln. manat təşkil edir. Bankın respublika üzrə 8 filialı, 29 bankomatı və 290 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 17.000-dən, cəmi müştərilərinin sayı isə 28.000-dən çoxdur.