Sumqayıt, 2 fevral (AzərTAc). Respublikamızda səfərdə olan AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora (İspaniya), Jozef Debono Qrex (Malta) və Monitorinq Komitəsinin katibi Aqniyeşka Naçilio bu gün Sumqayıtda olmuşlar.
Sumqayıt icra hakimiyyətinin başçısı Vaqif Əliyev qonaqları salamlayaraq respublikamızın ikinci sənaye şəhərinin tarixi barədə məlumat verərək bildirmişdir ki, burada neft-kimya, maşınqayırma, yüngül və yeyinti sənayesi müəssisələri və başqaları fəaliyyət göstərir. Özəl sektorun iri və kiçik müəssisələri fəal iş aparır. Təkcə son 7 ildə burada 44 mindən çox yeni iş yeri yaradılmışdır.
Şəhərin rəhbəri qeyd etmişdir ki, nisbətən gənc şəhər olan Sumqayıtda (onun 62 yaşı var) təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin çoxşaxəli şəbəkəsi və müvafiq infrastruktur vardır.
Görüşdə ictimai-siyasi əhəmiyyət kəsb edən bir sıra məsələlər müzakirə olunmuşdur. 2010-cu ilin parlament seçkiləri barədə fikir mübadiləsi zamanı qeyd edilmişdir ki, bu seçkilərdə Sumqayıtdan Milli Məclisə 4 deputat seçilmişdir.
Elə həmin gün AŞPA həmməruzəçiləri şəhər bələdiyyəsində olmuşlar, Sumqayıtda fəaliyyət göstərən geyti –hökümət təşkilatlarının rəhbərləri ilə görüçmüşlər.
AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin nümayəndə heyəti Sumqayıtda olub
•
766
hansi QHT rehberleri ile gosruhduklerini bilmek isterdim…