Aşura günü qan verən 116 nəfərdə Hepatit C, 96 nəfərdə Hepatit B aşkarlanıb

1224

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Aşura günü” qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyalarında toplanılan qanların infeksiyalara görə müayinəsi aparılıb.

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, müayinələr B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının kliniki laboratoriyasında IFA (imunoferment ) metodu ilə həyata keçirilir.

Qanlar 4 infeksiyaya görə (HIV; HBsAg; HCV; Sifilis) yoxlanılır. Müayinələrdə skrining keçirilir və infeksiya baxımından şübhəli olan qanlar barəsində müvafiq müəssisələrə məlumat verilir.

Müayinələr zamanı sifilislə şübhəli olan şəxslər barədə Dəri zöhrəvi Dispanserinə, Hepatitə şübhəli şəxslər barəsində Gigiyena və Epidemiologiya Mərkəzinə, QİÇS-lə bağlı Respublika QİÇS Mərkəzinə məlumat verilir və həmin şəxslər təkrar müayinələrə dəvət olunur.

İnfeksiya baxımından şübhəli qanlar müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilir.

Aşura günü qan verən 5 min 539 nəfərin qanı müvafiq qaydada yoxlanılıb. 1 nəfərdə QİÇS, 96 nəfərdə Hepatit B, 116 nəfərdə Hepatit C, 76 nəfərdə sifilis aşkarlanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər