Atası restoran danışıb qayıdanda şəhid xəbərini aldı, nişanlısının ayaqları tutuldu

3295

Dünən axşam daha bir şəhidimizin olduğu da açıqlandı. Nəcəfov Hüseyn Abbasqulu oğlu…

Lent.az xəbər verir ki, həmin şəhid nişanlı olub və bu yaxınlarda toyu olacaqmış. Kəlbəcərdə şəhid olan leytenant Nəcəfov Hüseynin oktyabrın 11-də toyu olacaqdı, amma olmadı.

O, nişanlı idi, hətta nikahı da olmuşdu. Atası toy üçün şadlıq sarayı danışıb qayıdanda oğlunun şəhid xəbərini eşidib. Nişanlısı isə bu xəbəri alanda ayaqları tutulub. O, bu gün doğulduğu Saray qəsəbəsində dəfn ediləcək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər