Atasının ölümündən sarsılan Damla: “Son nəfəsində mənə zəng edib”

1618

Qəfildən atasını itirən Damla hələ də sarsıntı içində olduğunu deyir.

Yenicag.az-a açıqlama verən Damlanın sözlərinə görə, atası son nəfəsində ona zəng edib:

“Toydaydım, qəfildən zəng etdilər ki, atanın vəziyyəti ağırdır, tez özünü çatdır. Toyu yarımçıq qoyub evə qaçdım. Amma məni qorxutmamaq üçün belə deyiblər. Demə, atam artıq dünyadan köçübmüş. Son nəfəsində onun yanında ola bilmədim. Buna görə özümü çox günahkar hiss edirəm. Rəhmətə gedəndən sonra onun telefonuna baxdım, gördüm ki, atam son nəfəsində mənə zəng edib. Halı o qədər pis olub ki, bir sıfır əvəzinə, iki sıfır yığıb. Buna görə də mənimlə əlaqə qura bilməyib. Bunu heç vaxt özümə bağışlamayacam. Ömrüm boyu məni yanıdıracaq ki, görəsən atam son nəfəsində mənə nə deyəcəkdi? Niyə onunla danışa bilmədim. Övlad üçün yaxşı ata itkisi çox ağırdır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər