Fevralın 22-i və 23-də Vyanada Avropada Təhlükəsizlik Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının qış sessiyası keçiriləcək.
Bu barədə Modern.az-a açıqlamasında Azərbaycanın ATƏT Paralment Assambleyadakı nümayəndə heyəti sədrinin müavini Tahir Mirkişili bildirib. Deputat qeyd edib ki, sessiyada Assambleya prezidentinin hesabatı, Berlində keçirələcək yay sessiyası və ayrı-ayrı komitələrin gündəliyində olan məsələlər müzakirə olunacaq. “Xüsusi olaraq, Demokratiya, İnsan hüquqları və Humanitar məsələlər komitəsində “”Saxta xəbərlər” erasında demokratiyaya dəstək” mövzusunda və İqtisadi məsələlər, Elm, Texnologiya və Ətraf mühit komitəsində isə “İqlim böhranl: iqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün uzunmüddətli strategiya” mövzusunda müzakirələr olacaq”.
T.Mirkişili deyib ki, Azərbaycan nümayəndə heyəti bu müzakirələrə aktiv qatılmağı planlaşdırır və eyni zamanda regionda baş verən hadisələr ilə bağlı öz mövqeyini bildirəcək. Azərbaycan nümayəndə heyəti toplantıda Xocalı soyqırımı ilə bağlı da məsələ qaldıracaq.