Avropada səyahət etmək baha başa gələ bilər. Lakin burada cibinizə uyğun şəhərlər də var. Avropada çox xərc çəkmədən gəzə biləcəyiniz şəhərlərin siyahısını sizə təqdim edirik:
Polşanın Krakov şəhəri
Memarlıq nümunələri və maraqlı tarixi ilə məşhur olan Krakov həm də əlverişli şəhərdir. Siz bu şəhərdə fərqli qalereya və muzeylərə, orta əsrdə inşa edilmiş qalalara və Renessans dövrünün saraylarına baş çəkə bilərsiniz.
Portuqaliyanın Portu şəhəri
2000 il yaşı olan bu şəhər gözəl çimərlikləri, UNESCO tərəfindən mühafizə olunan abidələri və mükəmməl dəniz məhsulları ilə məşhurdur. Siz əksər attraksionlara kiçik məbləğ ödəməklə baş çəkə, dövlət muzeylərinə isə bazar günləri pulsuz daxil ola bilərsiniz.
Macarıstanın Budapeşt şəhəri
Budapeşt gözəl arxitekturası və romantik ab-havası olan nağıl şəhəridir. Xüsusilə buradakı rahatlığı və əlverişliliyi nəzərə alsaq bu Avropa incisinə vurula bilərsiniz.
Estoniyanın Tallin şəhəri
Bu şəhərdə zövqünüzü oxşayacaq yemək və içkilərdən dada, möhtəşəm orta əsr tikililəri, mədəniyyət nümunələri və piyadalar üçün uyğunlaşdırılmış mərkəzi hissəyə, qədim şəhərə baş çəkə bilərsiniz.
Xorvatiyanın Zaqreb şəhəri
Zaqreb mədəniyyət mərkəzidir və dünyanın digər şəhərləri ilə müqayisədə adambaşına düşən muzeylərin sayı burada daha çoxdur. Bu muzeylərin əksəriyyətinə giriş pulsuzdur.
Almaniyanın Berlin şəhəri
Avanqard, incə zövqlü və dəbli Berlin Avropanın yeni ideyalara açıq şəhərlərindən biridir və burada hər bir səyahətçi öz maraqlarına uyğun bir şey tapa bilər.
Çex Respublikasının Praqa şəhəri
Möhtəşəm istehkamları, qotik kilsələri və təmtəraqlı körpüləri ilə nağıla bənzəyən Praqa səyahətdən sonra insanların yaddaşında iz qoyan şəhərlərdən biridir.
Belçikanın Brüssel şəhəri
Brüssel ən sərfəli və gözəl Avropa şəhərlərindən biridir. Bu şəhərin hər bir yerində şokolad mağazaları görə və əlverişli qiymətə yeməklər yeyə bilərsiniz. Brüssel, həmçinin küçə yeməkləri, kartof friləri, vaflilər və pivə ilə məşhurdur.