Mayın 15-nə keçən gecə Sumqayıt şəhəri ərazisində yaşayan Mehman Əsgərova məxsus “VAZ-2106” markalı avtomaşın qaçırılmışdır. Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın həmin gün saat 14.30 radələrində rayon ərazisində saxlanılmış, avtomaşını qaçırmış Sumqayıt şəhər sakini Təhmasib Əliyev avtomaşınla birgə sonrakı araşdırmalar aparılması üçün Sumqayıt ŞPİ-yə təhvil verilmişlər.