Avtomobil bazarında SON DURUM – Təkliflər azalıb, bəs qiymətlər?

1569

2018-ci ilin aprelində Bakının avtomobil bazarında orta qiymət 27 106 manat təşkil edib.

Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.

Ekspertin sözlərinə görə, ötən ayla müqayisədə qiymətlər 19 faiz artıb.
N.İbrahimov bildirib ki, aprel ayında ümumilikdə 1 572 avtomobil satışa çıxarılıb:
“Ötən ayla müqayisədə avtomobil bazarında təkliflər portfeli 22,5 faiz azalıb. Satışa çıxarılan avtomobillərin 88,2 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyalı avtomobillərin orta qiyməti 26 394 manat təşkil edib. Dizel mühərrikli avtomobillər bazarın 11,8 faizini təşkil edib, orta qiymət isə 32 409 manat olub. Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 67,6 faiz, orta qiyməti 35 543 manat, mexaniki sürət qutusu olan avtomobillərin payı 32,4 faiz, orta qiymət 9 725 manat təşkil edib”.

Ekspert bildirib ki, aprel ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi 181,78 min kilometr təşkil edib ki, bu göstərici ötən ayla müqayisədə 3,2 faiz az olub. Avtomobillərin orta yaşı 11,3 il olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər