Aybəniz Haşımovadan şəhid həyat yoldaşı ilə bağlı təsirli paylaşım – FOTO

3561

“1990-cı illərdə saqqal saxlamaq qətiyyən dəb deyildi. Şəkildə gördüyünüz Azərbaycanın qəhramanı, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş igid Xalid Quliyevdir. O, 20 Yanvar şəhidlərinin yasını tuturdu”.

Bunu Əməkdar artist Aybəniz Haşımova “Instagram” hesabında yazıb.

Şəhid həyat yoldaşı Xalid Quliyevlə fotosunu paylaşan müğənni onunla bağlı xatirələrini dilə gətirib:

“Bu şəkil çəkiləndə məni və qardaşını dostunun toyuna aparmışdı. Nə qədər israr etsəm də, həmin gün toya belə getdi. Düz deyirlər, “Niyyətin hara, mənzilin də ora”.

Hər dəfə bu şəklə baxanda adamın ürəyi parça-parça olur. O dövrdəki oğlanlar başqa idi. İndiki gənclər məndən inciməsin. O dövrdəki oğlanlar başqalarından ötrü canlarını fəda edirdilər. Necə ki Xalid etdi. Elə ən dəhşətlisi də o idi ki, ilk sevgisini də mənə Xalid şəhidlərin 40 günündə açmışdı. Sanki hər şeyi özü bilirdi. Ən ağrılısı da odur ki, özü indi mənə göstərdiyi Şəhidlər xiyabanında üçüncü sırada yatır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər