“Maşın” şounu tərk edən aparıcı Aytən Səfərova canlı yayımdan sonra çox sərt açıqlama verib.
BAKU.WS-in məlumatına görə, Aytən ona qarşı aparılan oyunlardan danışıb və finala qalan iştirakçıları ədalətli yarış aparmamaqda günahlandırıb:
“Uranın xüsusilə kişi xeylağı olduğunu bilirdim. Amma arvadın sözü ilə oturub-durduğunu bilmirdim. Roza namərdcəsinə Abbası “vurandan” sonra mən doğurdan da şokda idim. Pərvinə qarşı 2 dəfə haqsızlıq etdim. Mən Rozanı oyundan kənarlaşdırıb bunu açıqlayacaqdım. Rozanın badına Əli Mirəliyev, Azər Axşam getdi. Abbasın “vurulması” tülkülük deyil çaqqallıq idi. Burada güclü və zəif iştirakçısı yoxdur. Burada hiyləgər, namərd, nadürüst, arvad sözü ilə oturub-duran, mamasının sözünə görə papasının dalından vuran gədə-güdələr qalıb”.
Qeyd edək ki, ötən gün baş tutan canlı yayımda Uran səsvermədə lazımı qədər səs toplayıb və Aytəni maşından uzaqlaşdırıb.