“Az Sığorta” örnəyi

1214

Və yaxud qeyri – rəsmi tədbirdən qeyri-rəsmi yazı

Eyvaz Qocayev

Ötən yazıda mətbuatın önəmli bir hisssəsi olan internet medianın hökümət tərəfindən diqqətdən kənarda qaldığını nəzərə alaraq “diqqətdən kənar media-internet media” yazısını yazdım. Yazının sonunda sumqayitxeber.com satytının da yerli qrumlar tərəfindən təşkil olunan tədbirlərə dəvət almamasını qeyd etmişdim. Sözügedən yazıda yalnız hökümət və bələdiyyənin internet medianı diqqətdən kənarda qoymasına həsr etdiyim üçün özəl şirkətlər tərəfindən təşkil olunan tədbirlərə yer ayırmadım. Bu yazıda isə çalışacağam ki, bütün media orqanlarını diqqət mərkəzində saxlayan “Az sığorta”nın təşkil etdiyi tədbir haqqında yazım. “AZ SIĞORTA” şirkəti mətbuat günü bütün media orqanlarını, qəzet, jurnal, televiziya və eləcə də internet medianı bir araya gətirdi. Özü də fərqli şəkildə və fərqli məkanda. 30 dan çox jurnalisti bir araya gətirən “AZ SIĞORTA” şirkəti əslində bir çox şirkətlərə örnək olacaq addım atdı. Şəhərdən kənar bir məkanda, qeyri rəsmi şəraitdə jurnalistlər üçün istirahət təşkil edən “AZ SIĞORTA” bir gün də olsa jurnalistlərin özləri üçün vaxt ayırmağına şərait yaratdı. Bu qədər jurnalisti bir araya gətirən “Az sığorta” bir çox qrumlardan fərqli olaraq regionlarda fəaliyyət göstərən mətbu orqanları da diqqətdən kənarda qoymamışdı. Gəncə və Yevlax şəhərləri ilə yanaşı Sumqayıt şəhərində fəaliyyət göstərən media qrumları da təbirə dəvətlilər sırasında idi. Şəhərimizdən “168 saat” qəzeti və eləcə də “sumqayitxeber.com” saytı bu tədbirə dəvət almışdı. Adətən jurnalistlər hər hansı bir tədbirdə və yaxud mətbuat konfranslarında bir araya gəlirlər. “Az sığorta”nın təşkil etdiyi format isə tamamilə yeni və rəsmiyyətdən uzaq olduğu üçün daha maraqlı və faydalı oldu. İstirahət zamanı müxtəlif yarışlar təşkil olundu və qaliblərə “AZ SIĞORTA” tərəfindən hədiyyələr təqdim olundu. Sumqayıtdan dəvət olunan “168 saat” qəzetninin əməkdaşı, jurnalist dostumuz Elvin Babayev yarışların birində qalib gəldi və “AZ SIĞORTA”nın hədiyyəsini qazandı. Tədbirin sonunda hər bir jurnalistə tədbirin təşkilatçıları tərəfindən hədiyyələr təqdim olundu. Dəvəçi rayonunda yerləşən QALALTINDA təşkil olunan istirahətə gedərkən jurnalistlər bir-biri ilə münasibətlərində soyuqluq nəzərəçarpacaq dərəcədə hiss olunurdusa, artıq günün sonunda geri qayıdarkən jurnalist dostlarımız bir-biri ilə xoş münasibətlər qurmuşdular. 22 IYUL – MƏTBUAT GÜNÜ paytaxt Bakıda və eləcə də regionlarda təşkil olunan rəsmi tədbirlərin yaddaşda qalma müddəti bir neçə günlük olur. “Az sığorta”nın təşkil etdiyi  istirahət isə heç bir zaman jurnalist dostlarımızın yaddaşəından silinməyəcək. Tədbirdə çəkilmiş bəzi şəkilləri təqdim edirəm.

DSC00020 JURNALİST HƏMRƏYLİYİ

DSC00022 YAXŞI Kİ AZ SIĞORTA VARDI, BİZİ BİR ARAYA GƏTİRDİ

DSC00019 DSC00016DSC00010

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • konul
    Avqust 2, 2009 - 22:50

    Eyvaz bey salam. Gedib Xizini gezmeyiniz cox yaxsi ancaq Qalalti xizida yox sirf Deveci rayonunun mesrif kendinde yerlesir. Men Xizida olmusam ancaq Qalalti barede hec ne esitmemisem.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər