“Az Sığorta”nın Sumqayıt filalında sığortanın 10-a yaxın növündən istifadə olunur.

1075

XeyalXəyal Məmmədxanlı: “Biz regionlarda, xüsusilə də Sumqayıt-Sənaye filialında fəaliyyətimizi genişləndirmək niyyətindəyik”

2006-cı ildən etibarən Azərbaycanın sığorta bazarında Az Sığorta MMC kimi sığorta fəaliyyətinə başlayan və 24 sentyabr 2007-ci ildən etibarən isə təşkilati – hüquqi formasını dəyişərək AzSığorta Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyətini davam etdirən sığorta şirkəti 3 ilə yaxın bir müddət ərzində Azərbaycanın sığorta bazarında aparıcı mövqeyə və özünəməxsus yerə malikdir. AzSığorta Azərbaycan Respublikasının bir çox regionlarında filiallar və nümayəndəliklərlə təmin olunub. Belə ki, Bakı şəhərində yerləşən Baş ofisdə, həmçinin Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən regional filiallarında ümumi olaraq 175 nəfər işlə təmin edilib. Bu da öz növbəsində regionların sosial-iqtisadi inkişafına dəstək olmaqla sığorta ehtiyaclarının operativ şəkildə təmin olunması ilə yanaşı müştərilərə günün 24 saatı ərzində keyfiyyətli xığorta xidmətinin göstərilməsində xüsusi rol oynayır.
“Az Sığorta” İdarə heyətinin sədrinin müavini Xəyal Məmmədxanlı Azərbaycanın sığorta bazarındakı vəziyyət və eləcə də “Az Sığorta “nın fəaliyyəti ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Qısa müddət yaranmasına baxmayaraq sığorta bazarında bir çox yenilikləri ilə öndə olduqlarını vurğulayan Xəyal Məmmədxanlı Azərbaycanda ilk dəfə olaraq internet sığortaçılıq xidmətinə başladıqlarını qeyd edib: “Bu gün müştərilərimiz çox rahatdırlar. Yəni siz düşünün ki, müştərilərimiz tıxacda qalmır, işindən ayrılmır, sadəcə qarşısındakı internet, cibindəki plastik kart kiifayət edir ki, girib bizim sığorta məhsullarını alsın, şirkət olaraq sığorta haqqını ödəsin, və digər xidmətlərdən istifadə eləsin. Düşünürəm ki, 2010-cu ilin yekununlarına görə biz, sığorta bazarında lider ola bilərik. Yəni mən o zaman da, şirkət yeni yaranan zaman, 3 illik bir müddət proqnozlaşdırmışdım. Düzdü bu dünya maliyyə böhranı bir balaca bizim planlarımızı ləngitdi, amma düşünürəm ki, bu gedişatla 2010-cu ilin nəticələrinə görə bazarın liderliyi mövqeyinə yüksələ biləcəyik. ”
Tibbi sığorta ilə bağlı vəziyyətə toxunan X.Məmmədxanlı qeyd edib ki, AzSığorta şirkətində ötən illə müqayisədə xeyli artım var: “Tibbi sığortanın da payı keçəl illə müqayisədə xeyli artıb, təxminən 2-3 dəfəyə yaxın artım var tibbi sığortada. Tibbi sığorta ilə bağlı bizim daha bir neçə proyektimiz var. Mən düşünürəm ki, Azərbaycanda ən çox ehtiyac olunan sahələrdən biri tibbi sığoradır. Çünki bu sahə də sosial yönümlü layihə olduğuna görə tibbi sığorta və insanların tibbi sığortaya çox güclü ehtiyacının olduğunu nəzərə alsaq , bu sahə və xüsusilə də maddi vəsait tələb elədiyinə görə müalicə xərcləri, əməliyyat xərcləri və.s ən qısa zamanda ən geniş yayıla biləcək sığorta növlərindən biridir və bu sahədə də ciddi işlərimiz var ”
Regionlarda və xüsusilə də Sumqayıt şəhərində “AzSığorta”nın fəaliyyətinə gəlincə Xəyal Məmmədxanlı bildirib ki, regionlarda sığorta növlərinin sayının artması onları daha çox maraqlandırır: “Bilirsiniz ki, sumqayıt şəhərində bizim Sumqayıt-sənaye filalımız fəaliyyət göstərir və “Az sığorta” nın ilk filalıdır. Sumqayıt filalında bu gün geniş işlər aparılır və əvvəllər yük sığortaları, əmlak sığortaları ilə fəaliyyətə başlamışdı. Ancaq indi Sumqayıt-Sənaye filialının portfelinə baxsaq sığorta növlərinin 10-a yaxın növü üzrə, əmlak, yük, avtomobil, fərdi qəza, tibbi sığorta və.s ilə Sumqayıt sakinlərinə xidmət göstərir. Bunları daha da genişləndirmək istəyirik.Gələn aydan etibarən “Az sığorta” müxtəlif regionlarda sığorta mövzusunda konfranslar keçirməyi planlaşdırır. Ayda bir və ya iki bölgədə həmin regionun sahibkarları, ziyalı təbəqəsi, tələbələri o cümlədən də müştərilərimizin və həmin regionun rəhbərliyi ilə birgə kofranslar təşkil etmək istəyirik silsilə şəklində. Bunları gələn aydan etibarən başlayacağıq. Biz düşünürük ki, regionlarda sığortanın təbliğatına çox böyük ehtiyac var. Xüsusilə də kənd təsarüfatı sahəsində Bu gün hər hansı bir fermerimizi danışdırırıqsa yanğın, ziyanverici həşəratlar, yağış, qar və digər zərərlərdən danışırlar. Sual verəndə ki, bəs niyə sığortalamamısınız, məlum olur ki, bu barədə heç kimin məlumatı yoxdur. Biz bu sahəyə də çox böyük diqqət ayırırıq. Düşünürük ki, aqrar sığorta sektorunda da böyük potensial var və bu potensaildan da istifadə etmək lazımdır. ”

Eyvaz

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər