AZƏRBAYCANDA DƏHŞƏT – Oğlunu, keçmiş arvadını və qayınanasını diri-diri yandırdı

1155

Şəmkir rayonun Sarıtəpə kəndində baş vermiş yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.

Məlumata görə, yanğında xəsarət alan M. Məsimova həyat yoldaşından boşanaraq 2 yaşlı övladı ilə atası evində qalırmış. Elə yanğını da Mətanətin boşandığı şəxs törədib. Belə ki, gecə saat 3 radələrində Dəllər Cəyir kənd sakini Elmar adlı şəxs benzinlə keçmiş arvadının yatdığı otağa daxil olub və evi yandırıb. Bu barədə Mətanətin özü ifadəsində bildirib. Hadisə zamanı qadının atası və qardaşı da evdə olub. Lakin onlar yanğından xəsarət almadan xilas ola biliblər. Hadisəni törədən şəxs isə oradan uzaqlaşıb. Hazırda onun axtarışlarına başlanılıb.(Qafqazinfo)

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dəhşətli yanğında 2 yaşlı Nicat Elmar oğlu Məmmədov ölüb. Onun anası, 1995-ci il təvəllüdlü Mətanət İlqar qızı Məsimova və qadının anası 1964-ci il təvəllüdlü Səltənət Allahverdi qızı xəsarət alıblar. Xəsarət alanlar Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların vəziyyətinin ağır olması səbəbindən hər ikisinin Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi nəzərdə tutulub.

****

Şəmkir rayonunda ölümlə nəticələnən yanğın baş verib.

Hadisə Sarıtəpə kəndində, evdə qeydə alınıb.

Yanğın zamanı, 2 yaşlı Nicat Elmar oğlu Məmmədov ölüb. Onun anası, 1995-ci il təvəllüdlü Mətanət İlqar qızı Məsimova və qadının anası 1964-ci il təvəllüdlü Səltənət Allahverdi qızı xəsarət alıblar. Xəsarət alanlar Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların vəziyyətinin ağır olması səbəbindən hər ikisinin Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi nəzərdə tutulub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.(Report)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər