“Azərsu” Acıq Səhmdar Cəmiyyəti (ASC) istehlakçıların nəzərinə çatdırır ki, şaxtalı hava səbəbindən Ceyranbatan Qurğular Kompleksindən Sumqayıt şəhərinə çəkilmiş 1200 mm-lik magistral boru xəttində qəza baş verib.
ASC-nin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, hazırda magistral kəmərdə təmir işləri aparılır və işlərin günün sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla əlaqədar fevralın 10-da gün ərzində Sumqayıt şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Nicat Xaliqoğlu