Azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir

728

Prezident İlham Əliyevin sədirliyi ilə keçirilən “Aprel müşaviri” yalnız 2022-ci ilin üç ayının yekunlarına həsr edilmiş toplantı deyil, həm də postmüharibə dövrünün bir illik hesabatıdır. Ölkə başçısı əslində son üç ay da daxil olmaqla post müharibə dövrünün reallıqları barədə məlumat verdi. Prezident İlham Əliyev ölkədə həyata keçirilən  sosial-iqtisadi, mədəni layihələrin ümumi inkişafını təqdim etdi.

İlham Əliyev bu ilin sonuna qədər və növbəti bir-iki il ərzində görüləcək işlər barədə məlumat verdi. Prezident Ağdam və Füzuli şəhərlərinin Baş planlarının artıq təsdiqləndiyini və Baş planlar əsasında işlərə start verildiyini,eyni zamanda digər şəhərlərin –Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planlarının da hazırlanıb təsdiqlənməsini daha sonra Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramına əlavələr edilməsini qeyd etdi.

Ölkə başçısı digər infrastruktur layihələrdən Bərdə-Ağdam dəmir yolunun inşasından, bununla paralel olaraq, Ağdamda və Füzulidə dəmir yolları, vağzallarının inşa edilməsi üçün layihələrin hazırlanmasını , eyni zamanda nəqliyyat infrastrukturu, Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi və azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci beynəlxalq hava limanı olacağını vurğuladı. Bununla yanaşı Laçın Beynəlxalq Hava Limanının inşasının 2024-cü ildə planlaşdıracağını, həmçinin orada işlərin çox olduğu da qeyd olundu.

Prezident İlham Əliyev avtomobil yollarının çəkilişinə də toxunaraq qeyd etdi ki,bu il Naftalandan Talış kəndinə qədər yollar tam istismara verilməlidir,bu ,eyni zamanda Naftalanı Suqovuşanla birləşdirəcək və hər iki yaşayış yeri turizm üçün çox əlverişlidir. Suqovuşana həm Naftalan, həm Tərtər istiqamətindən rahatlıqla gedə biləcəyimiz üçün bu il bu yolun istismara verilməsini vurğuladı. Bu il istifadəyə veriləcək yollar arasında Füzuli-Hadrut avtomobil yolu, Qubadlı-Eyvazlı kəndi yolu və digər yolların olduğunu da vurğuladı. Həmçinin tarixdə heç vaxt yollar olmayan ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yəni Azərbaycan-Ermənistan sərhədinə qədər yolların çəkildiyini qeyd etdi. Prezident öz çıxışında Kəlbəcər-Laçın avtomobil yolu təxminən 4 kilometrlik tunelin, Xudafərindən Qubadlıya , oradan isə Laçına gedən magistral yol, Cəbrayıl-Hadrut yolunun inşa olunmasını, Zəfər yolunun açıldığını vurğuladı.

Prezident İlham Əliyev azad edilmiş ərazilərdə elektrik təchizatı ilə bağlı işlərin davam etdiyini , keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası –ikisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində inşa edildiyi qeyd etdi. Eyni zamanda “Xuadfərin” və “Qız qalası”Su Elektrik stansiyalarının tikintisi ilə bağlı işlərin sürətləndirilməsini vurğuladı.

Dövlətimizin başçısı beynəlxalq məsələlərə nəzər salaraq ərazilərimizin bərpası və böyük qayıdış məzmununda əsas məsələlərindən olan Azərbaycanın yaratdığı yeni reallıqlarındünya tərəfindən qəbul edilməsini izah etdi: “Bu ,özlüyündə olduqca mühüm məsələdir. Çünki böyük qayıdış da, ərazilrimizin yenidən bərpası məsələsi də həm də beynəlxalq aləmin baş verən proseslərə münasibəti ilə xeyli dərəcədə əlaqədardır. Buna görə də Prezident İlham Əliyev ilk növbədə dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT- nin davranışlarına diqqət çəkərək onun Şuşada keçirdiyi tədbiri yüksək qiymətləndirdi. Ölkə başçısı BMT-Azərbaycan münasibətlərinə ,Şuşada təşkil edilən birgə tədbirə erimənilərin reaksiyasını isterik adlandlrdı.

Şübhəsiz ki, Azərbaycan xarici siyasətinin müharibə dövründə olduğu kimi postmüharibə dövründə də strateji uğuru kimi qiymətləndirilməlidir. Azərbaycanın beynəlxalq nüfuzu və gücü sayəsində artıq yeni reallıq bütün dünya tərəfindən qəbul edilir. Bu, mühüm tarixi -strateji uğurdur. Beynəlxalq məsələlərə toxunan Prezident İlham Əliyev ATƏT-in Minsk qrupu de-fakto etibarsızdır, yəni onun fəaliyyətinin artıq poredneti yoxdur. Avropa İttifaqının mövqeyinə gəldikdə isə Prezident bu vacib qurumun aprel ayının təçkil etdiyi üçtərəfli görüşdə Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etdiyini bildirdi.

Prezident öz çıxışının növbəti hissəsində milli yaddaşımıza çağırış etdi. Bu çağırış bu gün və gələcək üçün olduqxca vacibdir. Biz işğalı, Xocalını unutmamalıyıq, hər cür risklərə həmişə hazır olmalıyıq. Bu mövzuda ordu quruculuğu məsələlərinə toxunaraq, Hadrutda yaradılan komando birliklərinə və xüsusi təyinatlıların formalaşdırılmasına diqqət çəkdi. Azərbaycan ordusunun daima güclü olmasının vacibliyini qeyd etdi. Əslində bu fikirlər bundan sonra Azərbaycanda milli ordu modelinin necə olmasına da bir növ istiqamət verminş oldu. Ordumuz professional hərbi kadrlardan komplektləşdirərək Türkiyə Ordusu modelində güclü bir ordu olacaq.

Növbəti istiqamət isə regional kommunikasiyaların açılması, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəçiliyi dərhal yerinə yetirilməsi ilə bağlı idi .Əgər üçtərəfli razılaşmanın tələblərindən biri pozulacaqsa , yəni Qərbi Zəngəzurdan keçməklə Naxçıvan və Türkiyəyə bütün növ kommunnikasiyalar açılmayacaqsa Azərbaycan üçtərəfli razılaşmanın bəndlərinin birinin Ermənistan tərəfindən etibarsızlaşdığını irəli sürərək bütün bəndləri etibarsız hesab edə bilər. Bu Ermənistana sonuncu ciddi xəbərdarlıq kimi də qiymətləndirilə bilər.

12 aprel müşavirəsi , pastmüharibə iqtisadiyyatı və onun əsas istiqamətləri ölkəmizdə sülhün və rifahın, Azərbaycanın gələcək inkişafı üçün atılan addım kimi tariximizə yazıldı.

Zamirə Abdullayeva, Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin Fənn Birləşmə Komissiyasının sədri, Yeni Azərbaycan Partiyasının fəal üzvü 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər