27 sentyabr 2020-ci ildə qəhraman Azərbaycan ordusu Vətən torpaqlarını yağı tapdağından azad etmək üçün müqəddəs savaşa atıldı. Ordumuz əks-hücüm əməliyyətlarına başladığı andan düşmənə sarsıdıcı zərbələr endirərək, şəhərlərimizi, kəndlərimizi ard-arda düşməndən geri almağa başladı. Artıq hərbi əməliyyatların 8-ci günü mühüm strateji əhəmiyyətə malik olan Cəbrayıl rayonu və o cümlədən, Cəbrayıl şəhəri düşməndən azad edildi. Sonrakı günlər, həftələrərzində daha neçə-neçə yaşayış məntəqələrimiz düşmən işğalından xilas edildi.Nəhayət, 8 noyabr 2020-ci ildə Azərbaycanın Zümrüd tacı olan Şuşamız şanlı ordumuzun nəzarətinə keçdikdən sonra yağı düşmən diz çökərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycanımızın səfalı, təbii sərvətlərlə zəngin olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları öz azadlıqlarına qovuşdular.
Azərbaycan Respublikası 44 günlük Vətən müharibəsini Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında parlaq qələbə ilə başa çatdırdıqdan sonra qarşıda duran ən mühüm məsələ işgaldan azad edilmiş ərazilərin qısa zaman ərzində bərpası və bu torpaqdan olan insanların öz doğma yurd-yuvalarına qayıtmasıdır. Bununla bağlı olaraq ölkə prezidenti Cənab İlham Əliyev tərəfindən bütün lazımi Sərəncam və tapşırıqlar artıq verilmiş və həmin bölgələrdə intensiv bərpa quruculuq işləri planlı şəkildə davam etdirilir. Bu baxımdan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası prezidentinin Fərmanı nəinki hər bir Cəbrayıl rayon sakinini, demək olar bütün Azərbaycan Respublikası vətəndaşlarını ürəkdən sevindirdi. İran İslam Respublikası ilə dövlət sərhədlərimiz, Araz çayı boyunca ərazilərimiz üzərində nəzarəti təmin etdikdən sonraNaxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və bu istiqamətdə tranzit daşımaların həyata keçirilməsi üçün perspektiv imkanlar yaranmışdır. Artıq SOCAR və BP Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektirik enerjisi stansiyasının inşasını müzakirə edir.“Yaşıl enerji” konsepsiyasına əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalının dəstəklənməsinəzərdə tutulan mühüm layihələrdəndir.
Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin işğaldan azad edilmiş bölgələrimizə səfərləri artıq ənənə halını almışdır. Hələ ötən 2021-ci ilin 4 oktyabrında ölkə prezidentinin Cəbrayıla səfəri zamanı bir çox vacib obyektlərin təməlqoyma mərasimi və o cümlədən,110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının, həmçinin Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı reallaşdı.Göründüyü kimi, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti və xalqımızın iradəsi ilə işğaldan azad edilmiş torpaqlarımız gündən-günə çiçəklənir.
Cavid Məmiyev
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini