Onlar mis oğurlamaqda təqsirləndirilirlər
Sumqayitxeber.com saytı Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-da “Azəralüminium” ASC-nin istehsalat sahəsindən çəkisi 5.375 kiloqram olan 215 ədəd mis endirmələri kəsib oğurlamaqda şübhəli bilinən həmin ASC-nin işçiləri Namiz İbadov, Emil Nadirov, Murad Muradov, Elgün Vəliyev, Camal Harunov, Ədalət Həsənov, Aydın Əliyev, Çingiz Qafarov və mis endirimlərini onlardan almış Sumqayıt şəhər sakini Mahir Məmmədov tutulmuşlar.