Azərbaycan – Braziliya matçı necə baş tuta bilər?

838

Azərbaycan millisi Braziliya yığması ilə qarşılaşa bilər. Apasport.az saytının məlumatına görə, pentakampeonların əsas komandası ölkəmizə gəlmək üçün milyonlar tələb etsə də, Topaz Premyer Liqasında oynayan sambaşılar hər tur millimizin üzvlərinə rəqib olurlar.

Braziliya ölkə kimi çempionatımızda ən çox legionerlə təmsil olunub ki, həmin futbolçulardan əsl yığma düzəltmək olar. Mövsümün gedişində “yaxşı yol” deyilən 4 braziliyalını saymasaq, hazırda Pelenin 16 həmyerlisi Premyer Liqada top qovur.

Tam “18-lik” düzəlməsə də, 16 oyunçudan ibarət Braziliya yığması hər tur ölkəmizdə çıxış edir. Ehtiyat qapıçısı olmadığından, cəmi 1 qolkiperi olan Braziliyanın bu – şərti olaraq 9-cu, 10-cu, bəlkə də 55-ci – yığması ilə millimiz arasında yoldaşlıq oyununun keçirilməsi maraqlı olardı.

Hər halda, “Bakı”nın uşaqlardan qurulmuş heyətinin “Atletiko”nun sousunda iştirakından da, veteranların üz-üzə gəlməsindən də az maraq doğurmaz. Avropada müxtəlif klublarla yoxlama oyunları keçirən millimizin baş məşqçisi Berti Foqts da Azərbaycanda oynayan braziliyalılarla üz-üzə gəlməyin əleyhinə olmaz. Amma çətin ki, Azərbaycan – Braziliya qarşılaşması baş tutsun. Baxmayaraq ki, pentakampeonların əsas komandasından fərqli, “bizim” sambaçılarla oynamaq üçün milyonlar tələb olunmur. Bunun üçün sadəcə, AFFA və PFL-in istəyi yetər.

Düzdür, belə bir matç cari mövsüm başa çatmaq üzrə olduğundan yalnız gələn çempionat baş tuta bilər. Həmin vaxt braziliyalıların sayı dəyişə bilər. Amma çətin ki, onları 1 komanda təşkil edəcək həddən az olsunlar.

Apasport.az saytı isə gözləməyi lazım bilməyib Azərbaycan – Braziliya oyununun cizgilərini indidən qurmaqla qiyabi matçın nəticələrini açıqlayacaq. Millimizin və Braziliya yığmasının mövsümün 2013-cü ilə aid hissəsində ölkə çempionatındakı göstəricilərinin müqayisəsi elə həmin nəticədən xəbər verir.

Millimizin son – Portuqaliya ilə qarşılaşmasında meydana çıxan 11 oyunçusu 2013-cü ildə Topaz Premyer Liqası və Rusiya Premyer Liqasında üst-üstə 69 oyun keçirib. Milli üzvlərinin qollarının fərqi cəmi 2-yə bərabərdir – 5:3.

klubu
futbolçu
oyun
Dəqiqə
qol
sarı
qırmızı
Bakı
Cavid Hüseynov
7
435
0
0
0
Qarabağ
Əfran İsmayılov
8
486
0
2
0
Bakı
Elvin Məmmədov
9
581
1
0
0
Bakı
Kamran Ağayev
2
180
-3
0
0
Neftçi
Mahir Şükürov
9
810
0
2
0
Qarabağ
Maksim Medvedev
6
540
1
0
0
Simurq
Rasim Ramaldanov
5
422
0
3
1
Bakı
Rauf Əliyev (2)
6
301
1 (1-i pen)
2
0
Qarabağ
Rəşad Sadıqov
9
810
1
1
0
Qarabağ
Vüqar Nadirov
7
384
1
1
0
 Rubin, Rusiya
Ruslan Abışov
1
90
0
0
0
69
5039
2 (5 vurub. 3 buraxıb)
11
1

Hər mövqeyə braziliyalısı olan qonaqlar isə 8 top üstünlüyə malikdir – 14:6. Bu isə oyun sayında da öndə olan sambaçıların 8:2 hesabı ilə yığmamızı udmasından xəbər verir.

AZAL
Ailton Jose Junior
5
387
0
0
1
Neftçi
Bruno Bertuççi
4
157
0
0
0
Neftçi
Denis Silva
9
758
1
1
0
Xəzər Lənkəran
Eder Bonfim
4
358
0
2
0
Neftçi
Flavio Aleks Valensio (Flavinyo)
8
696
1
2
1
AZAL
Junior Nildo
9
809
6(1-i pen)
0
0
Bakı
Junior Xavyer Vilson
6
466
0
1
0
Qəbələ
Kosta silva Dieqo
5
450
-6(1-i pen)
1
0
Qəbələ
Luiz Paulo Hilario (Dodo)
9
741
0
2
0
Qarabağ
Reynaldo Silva
5
342
0
0
0
Qarabağ
Riçard Almeyda
8
656
6(3-ü pen)
1
0
72
5820
8 (14 vurub 6 buraxıb)
10
2

Braziliya yığmasının heyətinin necə qurulmasına gəlincə isə qapıda Dieqo Kostanın alternativi yoxdur. Müdafiənin mərkəzində Denis Silva ilə Jose Ayltonun ən yaxşı variant sayılır. Arxa xəttin solunda Bruno Bertuççi Vanderson Skarduelli ilə Daniel Kruzu ehtiyatda saxlamaq iqtidarındadırsa, sağda Eder Bonfim təkdir.

Dayaq yarımmüdafiəçisi kimi Riçard Almeyda ilə Xavyer Junior cütlüyü müqayisə edilməz səviyyədə güclü olar. Yarımmüdafiənin soluna isə Flavinyo, Dodo, Lourival Rodriges, Reynaldo Silva kimi oyunçular var. Hücumameylli yarımmüdafiəçi kimi də çox güclü olan Flavinyo bu mövqedə, Reynaldo sol, universallığı ilə seçilən Dodo əks cinahda yer ala bilər.

Rodriges isə Leonardo Roşa kimi yığmanı əvəzetmə zamanı gücləndirmək iqtidarındadır. Hücumda Junior Nildoya rəqib ola bilən həmyerlisi isə Premyer Liqamızda yoxdur. Hələ Braziliya yığmasının ehtiyatda qalan 5 üzvü də kifayət qədər yaxşı göstəricilərə malikdir.

Qəbələ
Daniel Lopes Kruz
2
147
0
1
0
İnter
Leonardo Roşa Da Silva
4
125
0
1
0
Qəbələ
Lourival Rodriges
5
379
2
2
0
Xəzər Lənkəran
Vanderson Skarduelli
5
449
0
2
1
Simurq
Anderson Oliveyra
9
810
0
1
0

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər