Azərbaycan Cənubi Qafqazda regional inkişafın təkanverici mərkəzinə çevrilib

702

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, Cənubi Qafqazda regional inkişaf proseslərinin şaxələndirlməsi, əməkdaşlıq perspektivlərinin region ölkələrinin ümümi maraqlarına uyğun olaraq  təşkili istiqamətində önəmli rol oynamışdır. 1994-ci il sentyabrın 20-də bağlanmış “Əsrin kontraktı” üzrə neft strategiyasının həyata keçirilməsi nəticəsində Cənubi Qafqazda yeni reallıqlar yaranmışdır. Belə ki, həmin dövrdə regionda qonşu ölkələr arasında münasibətlər heç də yüksək səviyyədə deyildi. Azərbaycanın 20 % ərazısı  Ermənistan hərbi qüvvələləri tərəfindən işğal olunmuşdu. Analoji situasiya Gürcüstan üçün də xarakterik idi, bu qonşu ölkənin Abxaziya və Cənubi Osetiya vilayətləri separatçı qüvvələr tərəfindən işğal edildi və 2008-ci ildə isə Rusiya ilə Gürcüstan arasındakı müharibədən sonra, bu vilayətlərin işğalı daha da gücləndirildi. Həmin vilayətlər özlərini müstəqil elan etdilər və Rusiyaya birləşmək qərarı verdilər.

Belə bir şəraitdə Azərbaycan regionda  iri enerji və nəqliyyat layihələrini bir-birinin ardınca həyata keçirməyə başladı, bütün bunlar çətin bir şəraitdə reallaşdırıldı. Beynəlxalq maliyyə institutları bu layihələri kreditləşdirmək istəmirdilər, böyük dövlətlər ikili standartlarla regiona yanaşırdılar və bu layihələrin reallaşdırılmasında lazım gələn maliyyə dəstəyini ləngidirdilər və ya vermirdilər. Azərbaycan əldə etdiyi ilk neft pulları hesabına Cənubi Qafqaz regionunun geoiqtisadi mənzərəsini dəyişdi. Ölkəmizdə çoxlu sayda sosial-iqtisadi problemləri  mərhələlərlə həll etməklə bərabər, məcburi köçkünlərin və qaçqınların həyat şəraiti yaxşılaşdırıldı, yeni şəhərçiklər tikildi. Ölkə iqtisadiyyatı dinamik inkişaf mərhələsinə keçdi və Azərbaycanın Cənubi Qafqazın iqtisadiyyatında payı 70 %-dən yuxarı qalxdı. Azərbaycan enerji və nəqliyyat layihələrində qonşu Gürcüstanın üzərinə düşən maliyyə yüklərinin də altına girdi və güzəştli uzunmüddətli kreditlər hesabına bu layihələr gerçəkliyə çevrildi. Ölkəmiz Avropanın enerji təhlükəsizliyin təmin olunmasında önəmli partnyorlardan biri kimi dünyada öz imicini möhkəmləndirdi. Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ölkəmiz  Asiyanı Avropa ilə birləşdirəcək  bu strateji nəqliyyat layihələrində fəal iştirak edir.

Regionda baş verən son hadisələr – Böyük Qarabağ Zəfərinin təsirindən yaranan situasiya yeni reallıqları və yanaşmaları şərtləndirilmişdir. Artıq Cənubi Qafqaz regionunda kəskin dəyişiklərlə zəngin olan yeni regional inkişaf fazası başlamışdır. 30 illik işğaldan sonra azad olunmuş ərazilərin dirçəldilməsi və tezliklə Cənubi Qafqaz regionunun iqtisadiyytatına vahid inteqrasiya edilməsi perspektivləri regionda daha fəal əməkdaşlıq və inteqrasiya mühüti formalaşdıracaqdır. Regionda mövcud olan kommunikasiyaların açılması, region ölkələrinin bu potensialdan istifadə imkanlarının güclənməsi nəticəsinəCənubi Qafqazın regional inkişafının daha da sürətlənəcəyi baş verəcəkdir. Zəngəzur dəhlizinin açılmasından sonrakı dövrdə regionun bütün ölkələri üçün güclü və çoxşaxəli inteqrasiya və iqtisadi inkişaf imkanları yaranacaqdır. Ölkə Prezidenti İlham Əliyev dəfələrlə Azərbaycanın bu sahədə əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıq olduğunu bütün dünyaya bəyan etmişdir.

Hazırda işğaldan azad olunmuş ərazilərdə geniş həcmli bərpa işləri aparılır, infrastruktur layihələrisürətlə reallaşdırılır, magistral yollar inşa edilir, “ağıllı kənd” pilot layihəsi həyata keçirilir, beynəlxalq aeroportlar tikilir, dəmir yolları bərpa olunur və Böyük qayıdış üçün hazırlıq işləri görülür. Tezliklə Qarabağ regionun dirçəldilməsi Azərbaycanın Cənubi Qafqazda mövqeyini gücləndirməklə bərabər, regionda və dünyada ölkəmizin beynəlxalq imicinin daha da artmasını təmin edəcəkdir.  Əminliklə demək olar ki, konstruktiv və region ölkələrinin maraqları qorunmaqla, Cənubi Qafqazda regionun gələcək inkişafı üçün  daha güclüyeni perspektivlərin formalaşdırılmasında və reallaşdırılmasında Azərbaycan artıq regional inkişafın təkanverici mərkəzinə çevrilmişdir.

Şəfa Əliyev,

Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı  və marketinq” kafedrasının professoru, iqtisad elmləri doktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər