Azərbaycan Cənubi Qafqazda vaksinasiya prosesinə start vermiş ilk dövlətdir

959

Müşfiq Məmmədli: Ötən il koronavirusla mübarizədə Azərbaycan səhiyyəsi uğurları ilə diqqət çəkdi

“2020-ci il xalqımızın həyatında çox çətin və həm də çox şərəfli bir il oldu. Bu il öz liderinin dəmir iradəsi ətrafında sıx birləşən xalqımız torpaqlarımızı işğalçılardan təmizləyərək ərazi bütövlüyümüzü bərpa etdi. Ötən il həm də koronavirus pandemiyası ilə mübarizə və bu mübarizədə Azərbaycan səhiyyəsinin uğurları ilə yadda qaldı. Prezidentimiz cənab İlham Əliyevin səhiyyə sisteminin modernizasiyasındakı uzaqgörən və strateji addımları, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi pandemiya ilə mübarizədə dünyaya örnək olan Azərbaycan modelini formalaşdırdı.”

Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

M.Məmmədli açıqlamasında qeyd edib ki,  hazırda pandemiya ilə mübarizədə çox məsuliyyətli bir dövrə qədəm qoyuruq: “Sosial dövlət olaraq, vətəndaşların sağlamlığının qorunmasını əsas prioritet kimi müəyyənləşdirmiş Azərbaycanda vaksinasiya prosesi uğurla davam edir. Cənubi Qafqazda vaksinasiya prosesinə start vermiş ilk, digər dünya dövlətləri arasında ön sıralarda yer alan Azərbaycan, qlobal məkanda inkişaf etmiş ölkələrin vaksinlərin bölüşdürülməsində yol verdikləri eqoizmə və ədalətsizliklərə ölkə Prezidenti səviyyəsində etirazını bildirib.”

Deputat səhiyyə sahəsində İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in fəaliyyətini xüsusi vurğulayıb: “Pandemiya ilə aparılan mübarizədə tibbi sığortanın mərhələli tətbiqində və xüsusən Sumqayıt və Gəncə kimi böyük şəhərlərdə sığorta təbabətinə uyğun şəkildə struktur islahatlarının aparılması böyük ümidlər verir. Bu struktur islahatlarında köhnə stereotiplərdən uzaqlaşaraq, yeni yanaşmaların tətbiqi xüsusilə önəmlidir. Tam əminliklə bildirmək olar ki, ölkə rəhbərliyinin qayğısı və dəstəyi ilə Azərbaycan səhiyyəsi pandemiya ilə mübarizədə qalib gələcək və səhiyyə sistemindəki islahatlar uğurla nəticələnəcək.” yap.org.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər