Azərbaycan daha bir hərbçisini itirdi

1030
Azərbaycanda daha bir avtobus qəzası baş verib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Bakı-Quba yolunun 35-ci kilometrliyində qeydə alınıb.Xudat sakini Aydın Əhmədovun idarə etdiyi “Hyundai” markalı avtobus yolun əks istiqaməti ilə hərəkət edən 32 yaşlı Şahin Poladovun idarə etdiyi “VAZ-2106” markalı maşınla toqquşub. Nəticədə minik maşınının sürücüsü Ş.Poladov aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Minik maşınında sürücüdən başqa şəxslərin olub-olmadığı isə açıqlanmır.

Polisdən həmçinin bildirilib ki, qəzaya yolun buz bağlaması səbəb olub. Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən Ş.Poladov Müdafiə Nazirliyinin Tağıyev qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsinin giziridir.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər