Azərbaycan dilində minlərlə sözün yazılışı dəyişdirilir - TAM SİYAHI

4079

Orfoqrafiya lüğətinə təklif olunan dəyişikliklər məlum olub.

APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsində qeyd olunub ki, saitlə bitən feillərdən sonra gələn köməkçi sözlərin ilk saiti buraxılaraq y bitiş­diri­cisinin əlavəsi ilə yazılışı da məqbul sayılır: almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəl­mə­liy­di və s.

Etibarilə, köməyilə, məqsədlə, məqsədilə, münasibətilə, vaxtilə,vasitəsilə sözlərinin yalnız bu şəkildə yazılması təklif olunur.

Layihədə göstərilir ki, vaxtilə apostrofla yazılan cürət, məşəlvüsət və s. sözlər apostrofa görə cür-ət, məş-əl, vüs-ət kimi sətirdən sətrə keçirilirdi. Bu qəbildən olan sözlərin Qu-rancü-rət, he-yət, Kə-nan, mə-sud, mə-sul, mə-şəl, Sə-nan,

sü-rət, vü-sət  və s. sözlərin bu cür sətirdən sətrə keçirilməsi məqsədəuyğun sayılır.

Bildirilir ki, mənbə dildə w samitli alınma sözlər Azərbaycan dilində vilə yazılır: veb-sayt, Vilyam, vindos, vörd və s.

Eyni zamanda qeyd olunur ki, tərkibində antiaudioaviaavto, makromikromini, monomulti, nano, neo, post, superultrahissəcikləri olan mürəkkəb sözlər bitişik yazılmalıdır: antivirus, multikulturalizm, superdövlət, supermarket, aviasalon, avtopark, miniavtobus, nanotexnologiya, nanohissəcik, neofaşizm, neorealizm, postsovet, postmodernizm və s.

“Mənbə dildə tərkibində u saiti ilə yazılan və [yu] kimi tələffüz olunan aşağıdakı sözlər ədəbi dilimizin fonetik qaydalarına uyğun olaraq üilə yazılır: alüminium, bülleten, büro, jüri, karbürator, kompüter, Lüksemburq, paraşüt, süjet, tütor, uvertüra və s.”, – deyə qeyd olunur.

Qeyd edək ki, Azərbaycan dilinin 69 maddədən ibarət orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında müzakirə edildikdən sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

 **
11:12
Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsində yaradanın, səmavi kitabların, planet adlarının, mifonimlərin böyük hərflə yazılması təklif olunur.
 APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsində yaradanın və səmavi kitabların adları – Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəbur və s., planet adları, mifonimlər – Ay, Günəş, Ülkər; Afrodita, Herakl, Zevs və s. böyük hərflə verilir.
Layihədə təklif olunur ki, tərkibində şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılsın. Məsələn, Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi və s.
 Qeyd edək ki, Azərbaycan dilinin 69 maddədən ibarət orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında müzakirə edildikdən sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
 10:59
Bəzi sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazıl­ma­sı məqsədəuyğun sayılır (əsgər-əskər, əsginas-əskinas, İsgəndər-İskəndər, işgəncə-işkəncə və s).
 APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsində qeyd olunur.
Layihədə bildirilir ki, yuxarıdakı sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək g hərfi ilə yazılıb. Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçib.
  Qeyd edək ki, Azərbaycan dilinin 69 maddədən ibarət orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında müzakirə edildikdən sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər