Azərbaycan – Konqo münasibətləri daha da inkişaf edəcək

416

“Azərbaycan Respublikası və Konqo Respublikası arasındakı əlaqələrin gücləndirilməsi və genişləndirilməsi, həmçinin qarşılıqlı anlaşmanın dərinləşdirilməsi məqsədilə Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana tarixi səfəri  ölkəmizin xarici siyasətində yeni bir dövrün başlanğıcı hesab etmək olar. Bu səfər, həmçinin iki ölkə arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və yeni sahələrdə əməkdaşlığın qurulması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Müşfiq Məmmədli qeyd edib ki, Prezident İlham Əliyev və Prezident Deni Sassu-Nqesso arasında aparılan danışıqlar nəticəsində iki ölkə arasında imzalanmış “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”, həmçinin digər sənədlər bu əməkdaşlığın hüquqi çərçivəsini təşkil etməklə, iki ölkə arasında uzunmüddətli və qarşılıqlı faydalı əlaqələrin qurulmasına zəmin yaradır.

Xüsusilə, BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud olan əməkdaşlığımızın daha da inkişaf etdirilməsi, hər iki ölkənin beynəlxalq məsələlərdə qarşılıqlı dəstəklərinin davam etdirilməsi, eləcə də Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi müddət ərzində Konqo tərəfindən göstərilən dəstəyin önəmi vurğulanmalıdır.

Millət vəkili ki ölkə arasında energetika, kənd təsərrüfatı, bərpaolunan enerji, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün böyük potensial olfuğunu vurğulayıb: “Konqo Respublikası ilə aparılan investisiya layihələri və əməkdaşlıq üzrə razılaşmalar, həmçinin ekologiya və təbii sərvətlərin idarə olunması sahəsində imzalanmış niyyət protokolları iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsinə xidmət edəcək. Bu səfər və imzalanan sənədlər, həmçinin sovet dövründə Konqodan olan tələbələrin Azərbaycanda ali məktəblərdə təhsil almaları ənənəsinin bərpası kimi mühüm məsələlər, qarşılıqlı münasibətlərimizin inkişafı üçün möhkəm təməl yaradır. Azərbaycan ilə Konqo arasında təhsil və elmi mübadilənin yenidən canlandırılması, gənc nəsillərimizin bir-birini daha yaxşı tanıması və ortaq dəyərləri paylaşması üçün əlverişli şərait yaradacaq. Bu tarixi səfər və imzalanan müqavilələr, hər iki dövlətin bir-birinə olan inamını və dünya sahnəsindəki müstəqil siyasətinə olan dəstəyini nümayiş etdirir. Bu əməkdaşlıq, həm Azərbaycanın, həm də Konqonun qlobal və regional məsələlərdəki mövqelərini gücləndirəcək, hər iki ölkənin iqtisadiyyatına və sosial inkişafına müsbət təsir göstərəcək”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər